Kənd təsərrüfatı məhsulları istehsalçılarına yeni imkan
Tarix: 17.12.2016 | Saat: 00:02:00 | E-mail | Çapa göndər


“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin 12 regionda ofisləri və tədarük anbarları yaradılıb
“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) 12 regionda ofisləri və tədarük anbarları yaradılıb”. Bunu mətbuat konfransında ASC-nin İdarə Heyətinin sədr müavini Elşən Əsədov deyib.
O bildirib ki, ölkənin iqtisadi potensialından səmərəli istifadə edilməsi və ixracyönümlü məhsulların istehsalının təşviqi istiqamətində həyata keçirilmiş tədbirlər ənənəvi kənd təsərrüfatı sahələrinin və sənayenin inkişafında mühüm nəticələrin əldə olunmasına gətirib çıxarıb. Bu istiqamətdə qəbul edilmiş dövlət proqramlarının icrası aqrar sahədə sahibkarlığın inkişafını sürətləndirmiş, regionlarda əmək ehtiyatlarından, təbii iqtisadi resurslardan səmərəli istifadə olunmasına, infrastrukturun müasirləşdirilməsinə və əhalinin məşğulluğunun artırılmasına etibarlı zəmin yaradıb. Cəmiyyətin gördüyü işlər və qarşıda duran məsələlərdən danışan sədr müavini bildirib ki, ASC-nin yaradılmasında əsas məqsəd kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına və kənd təsərrüfatı məhsullarını dünya bazarına çıxarmaqla istehsalının və emalının stimullaşdırmasına zəmin yaratmaqdan ibarətdir. E.Əsədov qeyd edib ki, noyabr ayından “Satınalan təşkilatların ərzaq məhsullarına tələbatı” elektron portalı istifadəyə verilib. Satın alınması nəzərdə tutulan ərzaq məhsulları, həmin məhsulların qiymətləri və satınalma şərtləri (o cümlədən satınalma dövriliyi), satın alınacaq ərzaq məhsullarının satın alan təşkilatlar üzrə həcmi və növləri barədə məlumatlar elektron portalda yerləşdirilib. Hazırda isə istehsalçıların məhsullar üzrə təkliflərinin www.tedaruk.az portalı vasitəsi ilə qəbulu davam etdirilir. Bununla yanaşı, respublikanın 12 regionunda cəmiyyətin regional ofisləri və tədarük anbarları yaradılaraq, kənd təsərrüfatı məhsullarının tədarükünə başlamaq üçün hazır vəziyyətə gətirilib. Nəzərə çatdırılıb ki, ölkə ərazisində fəaliyyət göstərən portalda qeydiyyatdan keçmiş və “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC ilə müqavilə bağlamış hər bir kənd təsərrüfatı məhsulları istehsalçısı istehsal etdikləri məhsullarını orta topdansatış bazar qiymətinə uyğun şəkildə cəmiyyətin regional bölmələrinin anbarlarına təhvil verə biləcək. Sədr müavini ölkədə ərzaq məhsulları istehsal edən fermerlərin, torpaq mülkiyyətçilərinin və istifadəçilərinin satış probleminin olmayacağını, bu məqsədlə zəruri tədbirlərin həyata keçiriləcəyini bildirib. Bütün kənd təsərrüfatı məhsulları istehsalçılarını ən qısa zamanda cəmiyyətin portalında qeydiyyatdan keçməyə, kənd təsərrüfatı bitkilərinin əkilib becərilməsi məqsədilə təşkil olunacaq çoxşaxəli məsləhət xidmətlərindən istifadə etməyə, növbəti ildə müqavilə bağlanmış istehsalçılara müqavilə dəyərinin 25 faizi həcmində ödəniləcək avans mexanizmindən səmərəli şəkildə yararlanmaq üçün əməkdaşlığa dəvət edib. E.Əsədov portalın fəaliyyət prinsipi ilə bağlı geniş məlumat verərək, yerli istehsalçılara Azərbaycanın gələcək iqtisadi tərəqqisi, xüsusən də qeyri-neft sektorunun inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi sahəsində yaradılmış imkanlardan faydalanaraq maddi rifahlarının yaxşılaşdırılması, kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində fəaliyyətlərində uğurlar arzulayıb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
‘‘Körfәz böhranı bölgәnin vә dünyanın maraqlarına xidmәt etmir’’
20.03.2019
Azərbaycana həm ABŞ, həm də OPEC ilə daha sıx əməkdaşlıq etmək lazımdır
19.03.2019
Yay aylarında Ermənistanda təbii qazın qiymətlərinin artması labüddür
18.03.2019
S-400 sistemlərinin alınması ABŞ-Türkiyə münasibətlərində ciddi problemlər yaradır
17.03.2019
Prezidentin əfv Sərəncamı xalqımızın bayram əhval-ruhiyyəsini daha da yüksəldib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info