Çinin valyuta ehtiyatı azalmaqda davam edir
Tarix: 17.12.2016 | Saat: 00:12:00 | E-mail | Çapa göndər


Çinin xarici valyuta ehtiyatları və xarici valyuta əməliyyatları üçün yuan fondundakı vəsait azalmaqda davam edir. Çin Xarici Valyuta Mübadiləsi üzrə Dövlət Administrasiyasının məlumatına əsasən, ölkənin xarici valyuta ehtiyatları noyabrda 69,1 milyard ABŞ dolları azalaraq 3,05 trilyon dollara düşüb. Azalma prosesi artıq beşinci aydır davam edir.
Bundan başqa, ölkənin mərkəzi bankı olan Çin Xalq Bankının xarici valyuta əməliyyatları aparmaq üçün yuan fondunda da azalma müşahidə olunur. Belə ki, fonddakı vəsait noyabrda ən yüksək həddə - 382,7 milyard yuan (təxminən 55,44 milyard dollar) azalaraq 22,26 trilyon yuana düşüb. Artıq 11 aydır fondakı vəsaitin azalması prosesi davam edir. Qeyd edək ki, Çin ötən ilin yayında xarici valyuta mübadiləsi mexanizmini dəyişəndən bəri milli valyuta yuan ABŞ dollarına nisbətdə zəifləməyə başlayıb. Bu da öz növbəsində ölkədən kapital axınının çoxalmasına səbəb olub. Lakin böyük məbləğdə kapital axının olmayacağına əminlik ifadə edən Çin rəsmiləri vəziyyətin sabit olduğunu söyləyirlər.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info