ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Türkiyədən üzr istəyib
Tarix: 17.12.2016 | Saat: 00:14:00 | E-mail | Çapa göndər


ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) Türkiyədən üzr istəyib. “Milliyet” qəzetinin məlumatına görə, üzrxahlıq 2014-cü ildə yaşanan bir olayla bağlı olub. Həmin il ABŞ dövlət katibi Con Kerri BMT toplantısında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna "bizdə “İŞİD”-dən neft aldığınız barədə məlumatlar var", deyib.
M. Çavuşoğlu isə belə cavab verib: "Con, sizə məlumat verənləri bilirik. Misir və bizim siyasətimizdən narazı olan bəzi digər ərəb ölkələri. Bu, çox ciddi ittihamdır. Bu barədə sənədlər varsa, bizə verin". Ancaq bir müddət ABŞ-dan bu iddianı sübut edən sənəd gəlməyib. Sonrakı aylarda M. Çavuşoğlu beynəlxalq toplantılarda görüşdüyü C. Kerriyə səsləndirdiyi iddianı xatırladıb. Nəhayət, Kerri Çavuşoğluna bir sənəd göndərib, Türkiyə Xarici İşlər Nazirliyi isə həmin sənədi Türkiyə Milli Kəşfiyyat Təşkilatına (MİT) təqdim edib. MİT sənəddəki iddianı və göstərilən koordinatları araşdırıb. Koordinatlarda göstərilən yer Türkiyənin Kilis bələdiyyəsinin asfalt zavodu çıxıb. Bundan sonra C. Kerri M. Çavuşoğlundan üzr istəyib. Daha sonra isə CİA Türkiyədən yazılı üzr istəyib.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info