“Əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
Tarix: 17.12.2016 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


Rusiya Prezidenti Vladimir Putinin dövlət başçısı kimi Yaponiyaya 11 ildən sonra baş tutan səfərinin yekunları həm yapon, həm də rus mətbuatında geniş müzakirə olunur.
Bu səfər siyasi razılaşmalarla yanaşı, yapon və rus şirkətləri arasında çoxsaylı iqtisadi müqavilələrin imzalanması ilə də diqqəti cəlb edir. Belə ki, imzalanan müqavilələrə əsasən, yapon tərəfinin Rusiya iqtisadiyyatına yönəldəcəyi investisiyaların ümumi məbləği təqribən 2,5 milyard dollar təşkil edir. Səfərin nəticəsi olaraq keçirilən mətbuat konfransında V.Putin bildirib ki, Rusiya və Yaponiya iqtisadiyyatı bir-birini tamamlayır və qarşıdurmadan uzaqdır. Lakin buna baxmayaraq, əməkdaşlığın potensialını açmaq üçün gərgin işləmək lazımdır. Rusiya Prezidenti vurğulayıb ki, iqtisadi sahədə birgə fəaliyyət ölkələrimiz arasında tərəfdaşlıq münasibətlərinin qurulması üçün əsaslı özül yaratmağa imkan verər. Bunun həyata keçirilməsi məqsədilə Yaponiya Baş nazirinin təklif etdiyi səkkiz istiqamət üzrə ümumiləşdirilmiş təkliflər və Rusiya tərəfinin əsas layihələr üzrə təklifləri yaxşı əsas rolunu oynaya bilər. İki ölkənin hökumət strukturları tərəfindən energetika, sənaye, kənd təsərrüfatı, səhiyyə, kiçik və orta biznes sahələrində birgə layihələrin ümumiləşdirilmiş siyahısı hazırlanıb. Əgər Yaponiya tərəfi iqtisadi əməkdaşlıq yolu ilə mübahisəli adalar məsələsinin həllini danışıqların əsas predmeti kimi görürsə, Rusiya Prezidenti iki ölkə arasında sülh müqaviləsinin imzalanmasını əsas götürür və vurğulayır ki, bunun həllində iqtisadi əməkdaşlıq açar rolunu oynaya bilər: “Əgər kimsə hesab edir ki, biz yalnız iqtisadi əlaqələrin qurulmasında maraqlıyıq və sülh müqaviləsini ikinci plana çəkirik, deyə bilərəm ki, bu, heç də belə deyil. Zənnimcə, ən əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır və bu, bizə tarixi perspektiv üçün uzunmüddətli birgə fəaliyyət imkanları açar. Bu, adalardakı fəaliyyətdən daha vacibdir”.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info