Trampın daha bir nümayəndəsi Moskvaya səfər edib
Tarix: 17.12.2016 | Saat: 00:16:00 | E-mail | Çapa göndər


Cek Kinqston: “Yeni administrasiya prezident Barak Obamanın səhvlərini təkrar etməyəcək”

“Yeni seçilmiş ABŞ prezidenti Donald Tramp administrasiyası hazırkı prezident Barak Obamanın xarici siyasət kursunu davam etdirməyi zəruri hesab etmir”.
Bu barədə Amerika biznesinin nümayəndələri ilə Moskvada keçirilən görüşdə Trampın köməkçisi Cek Kinqston bildirib. Dəyişikliklər arasında, əlbəttə ki, sanksiya siyasəti də ola bilər. Kinqstona görə, dəyişikliklər sırasında ABŞ və Rusiya arasında münasibətlərin yenilənməsinə xidmət edəcək məsələlər, o cümlədən Rusiya ərazisində fəaliyyət göstərən amerikal iş adamlarının vəziyyətinin yaxşılaşdırılması yer ala bilər. Corciya ştatından olan sabiq konqresmen Cek Kinqston Rusiyada fəaliyyət göstərən amerikalı iş adamları ilə görüş üçün Moskvaya səfər edib. Onun səfər çərçivəsində keçirdiyi görüşlərdə əsas yeri Tramp administrasiyasının Rusiya sanksiyaları ilə bağlı siyasəti tutub. “Rusiyadakı amerikalı iş adamlarını bir çox məsələlər maraqlandırırdı. Lakin bu sualların ən önəmlisi sanksiyalarla bağlı idi” - deyə sabiq konqresmen “CNN” telekanalına bildirib. Trampın müşaviri deyib ki, yeni administrasiya prezident Barak Obamanın səhvlərini təkrar etməyəcək: “Həmin siyasətə xitam veriləcək və yeni siyasət həyata keçiriləcək. İndi biz artıq nəyə nail olduğumuzu və sonrakı fəaliyyətimiz baradə düşünməliyik. Mən Rusiyaya tətbiq edilən sanksiyaların arzuolunan nəticələrini müşahidə etməmişəm. ABŞ yalnız Rusiya ilə quracağı yaxşı iş mühiti qarışılığında Moskva ilə yaxşı əlaqə saxlamağa nail olacaq”. Kinqston Rusiyaya tətbiq edilən sanksiyaların “kifayət qədər uzun” çəkdiyini etiraf edib. Moskva səfərini qeyri-rəsmi səfər kimi dəyərləndirən Trampın köməkçisi bir daha təkrar edib ki, Tramp Obamanın xarici siyasətini davam etmək məcburiyyətində deyil: “Artıq iş görməyin, biznesin vaxtı çatıb”. Maraqlıdır ki, Cek Kinqstonun Moskva səfərində bir müddət əvvəl Tramp komandasının digər üzvü Karter Peyj də Rusiyaya səfər etmişdi. Səfər zamanı Peyj də Amerika biznesinin Rusiya bazarına qayıtmaqda maraqlı olduğunu və bu qadağalardan daha çox elə Qərbin əziyyət çəkdiyini etiraf etmişdi. Xatırlatmaq yerinə düşər ki, yeni seçilmiş prezident Donald Trampın mövqeyi ABŞ cəmiyyətində hələ də mübahisə obyekti olaraq qalmaqdadır. “Mən hələ də Rusiyaya qarşı sanksiyaların vacib olmadığını təbliğ edənlərin məqsədini anlaya bilmirəm” - deyə Cənubi Karolinadan olan senator Lindsi Qrem, “CNN” telekanalına verdiyi açıqlamada bildirib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.07.2019
Britaniya bu gün İrana qarşı sanksiyalar elan edə bilər
21.07.2019
ABŞ-ın dövlət katibi Türkiyəyə “S-400“ sazişindən məyusluğunu bildirib
20.07.2019
İstanbulda keçirilən əməliyyat zamanı 217 cinayətkar saxlanılıb
20.07.2019
ABŞ-da isti hava altı nəfərin ölümünə səbəb olub
20.07.2019
23 avqustda İran enerji birjasında neft satacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info