Şəhid Rüstəm Əhmədovun medalı valideynlərinə təqdim olunub
Tarix: 19.12.2016 | Saat: 16:02:00 | E-mail | Çapa göndər


Aprel döyüşlərində şəhid olan Azərbaycan Ordusunun hərbçisi, müddətdən artıq xidmət keçən hərbi qulluqçu, kiçik çavuş, 1983-cü il təvəllüdlü Əhmədov Rüstəm Oruc oğlu ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub.
AZƏRTAC xəbər verir ki, Mingəçevir şəhərindəki Şəhidlər xiyabanında dəfn edilən Rüstəm Əhmədovun təltif olunduğu medal şəhərdəki Heydər Əliyev Mərkəzində ailə üzvlərinə təqdim edilib.
Mərasimdə Müdafiə Nazirliyinin nümayəndələri, Mingəçevir Şəhər İcra Hakimiyyətinin kollektivi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin xidmət etdiyi hərbi hissənin rəhbər şəxsləri və ictimaiyyət nümayəndələri iştirak edib, qəhrəman hərbçinin ruhuna dualar oxunaraq, ona Allahdan rəhmət diləyiblər.
Çıxış edənlər bildiriblər ki, işğal altındakı torpaqlarımız Silahlı Qüvvələrimiz tərəfindən tezliklə azad olunacaq və şəhidlərimizin ruhu o zaman rahatlıq tapacaq.
Mərasimdə şəhidin hərbçi yoldaşları Rüstəm Əhmədovun aprel döyüşlərində göstərdiyi qəhrəmanlığından söz açıblar.
Görüşdə Azərbaycan Ordusunun cəbhədəki uğurlarından danışılıb, şəhidlərin qanının yerdə qalmayacağına və işğal altındakı torpaqlarımızın tezliklə azad olunacağına inam ifadə edilib.
Rüstəm Əhmədovun ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı valideynlərinə təqdim olunub.
Qeyd edək ki, Rüstəm Əhmədov aprelin 14-də cəbhənin Tərtər-Ağdərə istiqamətində, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində düşmənin növbəti təxribatı zamanı açılan atəş nəticəsində şəhid olub.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
4 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
5 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info