“Yeni mərhələdə elmi əlaqələrin inkişafı: dialoq və əməkdaşlıq” 
Tarix: 19.12.2016 | Saat: 16:22:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Yeni mərhələdə elmi əlaqələrin inkişafı: dialoq və əməkdaşlıq” mövzusunda beynəlxalq elmi seminar işə başlayıb. AMEA-nın və MDB-yə üzv dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Beynəlxalq Fondunun birgə təşkilatçılığı ilə keçirilən seminarda Rusiya, Estoniya, Türkmənistan, Moldova, Belarus və digər ölkələrin elm adamları iştirak edirlər.
Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə güllər düzülüb.
Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə dünya ölkələri arasında elmi əlaqələrin inkişafının vacibliyindən, bu münasibətlərin genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb. A.Əlizadə seminarın ictimaiyyətin diqqətini multikulturalizm ideyalarına cəlb etmək və ölkələr arasında humanitar sahədə beynəlxalq əlaqələri gücləndirmək baxımından əhəmiyyətini qeyd edib. Bildirilib ki, seminar həm də təbiət, humanitar və ictimai elmlərin öyrənilməsi istiqamətində təcrübə mübadiləsinə böyük imkanlar yaradır.
“Yeni mərhələdə elmi əlaqələrin inkişaf perspektivləri və ənənələr: dialoq və əməkdaşlıq” mövzusunda məruzə ilə çıxış edən AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli bildirib ki, seminar bütün elmi-nəzəri əhəmiyyəti ilə müxtəlif dövrləri, fərqli coğrafiyaları təmsil edən elm adamlarının qarşılıqlı əlaqələrini formalaşdırmağa, yaxınlaşdırmağa və inkişafa xidmət etdiyi üçün multikulturalizm baxımından da böyük əhəmiyyət daşıyır.
Sonra Estoniya Elmlər Akademiyasının prezidenti, akademik Tarmo Soomere “Zaman, müasir inkişaf və elmi əməkdaşlıq”, Türkmənistan Elmlər Akademiyasının prezidenti Meret Aşırbayev “Türkmənistan elmi: inkişaf perspektivləri və birgə elmi layihələrin mümkünlüyü” və digər mövzularda məruzələrlə çıxış ediblər.
Seminar dekabrın 20-də başa çatacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info