Bakı əhalisi Yeni ili harada və kiminlə qarşılayacaq?
Tarix: 19.12.2016 | Saat: 16:39:00 | E-mail | Çapa göndər


Bakılılar Yeni ili evdə ailə üzvlərinin əhatəsində qarşılamağı tərcih edirlər.
“ACT Azərbaycan”ın 29 oktyabr - 2 noyabr tarixlərində Bakı şəhərində apardığı sorğuya əsasən belə nəticəyə gəlinib.
Yeni ilin gəlişinə iki həftəyə yaxın vaxt qalıb. Artıq əksər insanlar bayram hazırlıqlarına başlayıblar. Yeni il ərəfəsində ağıla ilk gələn suallardan biri də “Yeni ili harada və kiminlə keçirək ?” olur.
Sorğu nəticələrinə görə Bakı sakinlərinin böyük əksəriyyəti Yeni ili ailələri ilə birlikdə (94%) qarşılamağa üstünlük verirlər. Rəyi soruşulan qadınların demək olar ki, hamısı (97%), kişilərin isə 90 %-i bayramı ailələri ilə keçirməyi tərcih edirlər.
Yeni ili qohum-əqraba əhatəsində qarşılamağı planlaşdıranlar isə 3 % təşkil edir. Kişilərin 4 %, qadınları isə 2 %-i bayramı yaxın qohumların əhatəsində keçirməyi düşünür.
Maraqlı tendensiya kişilərin bayram əhatəsini seçməklə bağlıdır. Belə ki, kişilərin 6 %-i bayramı yaxın dostları ilə keçirməyə hazırlaşdığı halda, 1 % -i onu təkbaşına qeyd etmək niyyətindədir.
Bəs Yeni ili qarşılamaq üçün ideal məkan haradır ?
Böyük əksəriyyət bayramı evində qarşılamaq fikrindədir (91%). Həm qadınlar (92%), həm də kişilər (89 %) bu mövzuda həmfikirdilər.
2 % qadın, 9 % kişi isə 2017-ci ili xaricdə qarşılamaq fikrindədir. 
Yeni ili Bakıda qarşılayanların isə 2 %-i bayram günü üz tutacaq Dənizkənarı milli parka.
Yeni ili restoranda qarşılamaq istəyənlər isə qadınlardır (1%).
Sorğu “ACT Azərbaycan” tərəfindən 29 oktyabr - 2 noyabr tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yalnışlıq həddi maksimum 4.9 %-dir.




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Dini liderlər Xocalı ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ediblər
21.02.2019
Azərbaycanda yeni zəli növləri aşkar edilib
20.02.2019
“Azərmarka” Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş müsabiqə elan edib
20.02.2019
Aqrar İnkişaf Könüllüləri aqrar jurnalistika ilə bağlı layihənin icrasına başlayıb
20.02.2019
Körpəyə vitamin vermək olar?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info