İyirmi iki min əlil bərpa-müalicə xidmətləri ilə təmin olunub
Tarix: 19.12.2016 | Saat: 16:53:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərin kompleks tibbi-sosial və peşə reabilitasiyası istiqamətində işlərin davamı olaraq, 21,9 min nəfər əlilliyi olan şəxsi bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yanvar-noyabr aylarında 7 781 nəfər şəxsə nazirliyin əlillərin bərpa mərkəzlərində müasir tibbi avadanlıqlarla bərpa-müalicə xidmətləri göstərilib, onların reabilitasiya potensiallarının reallaşdırılması üçün məqsədəuyğun işlər görülüb. Eyni zamanda 128 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq (valideynlərindən birinin müşaiyəti ilə) xaricə ixtisaslaşmış bərpa müalicəsinə göndərilib.

Əlilliyi olan insanların dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə onların protez-ortopedik bərpa xidmətləri ilə təminatı işləri də davam etdirilir. Yanvar-noyabr aylarında nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən 13 990 nəfər əlilliyi olan vətəndaşın qeyd olunan xidmətlərlə təminatı həyata keçirilib. Onlara ümumilikdə 31 537 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi (o cümlədən 1 117 ədəd əlil arabası, 663 ədəd eşitmə aparatı, 8 404 ədəd müxtəlif reabilitasiya vasitəsi, 1 065 ədəd aşağı və yuxarı ətraf protezi, 1 517 cüt dirsəkaltı ağac, 810 ədəd dördayaqlı dayaq vasitəsi, 1288 ədəd aşağı və yuxarı ətraf ortezi, 717 ədəd bel və boyun nahiyəsi üçün korset və s.) verilib.

Həmçinin cari ilin ötən dövründə ölkəmizin bölgələrində əlilliyi olan şəxslərin ehtiyac duyduqları protez-ortopedik məmulat  və reabilitasiya vasitələri ilə təmin olunmaları üçün onlara səyyar formada protez-ortopedik bərpa xidmətləri də göstərilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
15.06.2019
İnstitut işçi axtarır
15.06.2019
Müstəqil sosial müdafiə sisteminin qurucusu
14.06.2019
Bank Hüquq şöbəsinin rəhbəri vəzifəsinə işçi axtarır
14.06.2019
Bankda işləmək istəyənlərin nəzərinə!
14.06.2019
Milli Qurtuluş Günü ərəfəsində Qarabağ müharibəsi əlillərinə bayram hədiyyəsi: avtomobil təqdim edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10805

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info