“Əl-Cəzira”da Azərbaycanla bağlı məqalə
Tarix: 19.12.2016 | Saat: 19:07:00 | E-mail | Çapa göndər


Səudiyyə Ərəbistanı Krallığının çoxtirajlı “Əl-Cəzira” qəzetində “Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin əziz xatirəsini anır” adlı məqalə dərc olunub.
Qəzetin elektron versiyasında da yerləşdirilən məqalədə ümummilli liderin çoxşaxəli dövlətçilik fəaliyyəti, o cümlədən zəngin bioqrafiyası barədə ərəbdilli oxuculara ətraflı məlumat verilir. Qeyd olunur ki, ulu öndər Heydər Əliyevin 1969-cu ilin iyulunda Azərbaycanda siyasi rəhbərliyə gəlişindən sonra ölkədə əsaslı inkişaf mərhələsi başlanıb. Yüksək intellekti, yorulmaz fəaliyyəti, işgüzarlığı, faydalı qərarları ilə keçmiş SSRİ-də böyük rəğbət qazanan Heydər Əliyev sovetlər birliyinin ali hakimiyyət orqanlarında yüksək vəzifələrdə çalışıb.
Diqqətə çatdırılır ki, 1993-cü ilin iyununda Azərbaycan xalqının təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev ölkədəki mövcud hakimiyyətin bütün ağırlığını öz çiyninə götürür və qısa zaman kəsiyində xalqın həmrəyliyinə nail olur. Ölkəni siyasi və iqtisadi böhrandan xilas edir və gələcək inkişaf strategiyasını müəyyənləşdirir.
Oxuculara məlumat verilir ki, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun və mövqelərinin möhkəmləndirilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə daim ölkənin tərəqqisi üçün çalışıb, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından mətinliklə üzüağ çıxara bilib. Dünya şöhrətli dahi şəxsiyyətin müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqın rifahının yüksəlməsinə nail olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Nikola Sturgeon: Brexitlə bağlı yeni referendumun keçirilməsi vacibdir
14.01.2019
“Azərbaycan hər ili əvvəlki ildən daha möhtəşəm uğurlara imza atır”
13.01.2019
Prezident Ermənistandakı böyük problemlərin məhz Sarkisyan rejiminin mahiyyətindən irəli gəldiyini təkzibolunmaz faktlarla sübut etdi
13.01.2019
2019-cu ilin “Nəsimi ili” elan edilməsi Nəsimi ideyaları əsasında azərbaycançılıq təfəkkürünün inkişaf etdirilməsi baxımından çox mühümdür
13.01.2019
Azərbaycanın uğurlu siyasəti Ermənistanın kriminal xunta rejiminin mahiyyətini açıb ortaya qoydu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info