BDU-nun sosial elmlər və psixologiya fakültəsinin yaranmasının 25 illiyi qeyd olunub
Tarix: 19.12.2016 | Saat: 19:07:00 | E-mail | Çapa göndər


Dekabrın 19-da Bakı Dövlət Universitetində (BDU) sosial elmlər və psixologiya fakültəsinin yaranmasının 25 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, rəsmi hissədə çıxış edən rektor, akademik Abel Məhərrəmov BDU-nun tarixi, beynəlxalq əlaqələri, əldə olunan uğurlar barədə danışıb. Bildirilib ki, sosial elmlər və psixologiya fakültəsi ölkəmizdə baş verən sosial-siyasi hadisələr fonunda suveren dövlətimiz üçün sosial-siyasi münasibətlər ixtisasları üzrə kadr hazırlığına ehtiyacdan yaranıb. Fəaliyyəti dövründə respublikamız üçün minlərlə yüksəkixtisaslı mütəxəssis hazırlayan fakültə həm də uzun illər ərzində bir sıra xarici ölkələr üçün yüzlərlə kadr hazırlayıb, beynəlxalq miqyasda tanınan peşəkar müəllimlərin yorulmaz xidməti sayəsində regionun elmi mərkəzinə çevrilib, ali struktur rəhbərlərinin formalaşmasında müstəsna rol oynayıb. Fakültənin psixologiya, sosiologiya, sosial iş, fəlsəfə və politologiya ixtisaslarının yetirmələri bir çox fəaliyyət sahələrində uğurla çalışır, layiqli vətəndaş və mütəxəssis kimi özlərini təsdiqləyirlər.
Digər çıxış edənlər də bu fakültənin yaradılması ilə universitetin, respublikanın humanitar elm və təhsilinin tarixində yeni bir mərhələ açıldığını diqqətə çatdırıblar. Qeyd olunub ki, sosial elmlər və psixologiya fakültəsi bir çox elmi və tədris istiqamətləri üzrə elmi tədqiqatlar aparıb, cəmiyyətin təfəkkür mədəniyyətini formalaşdırıb. Fakültə çətin bir inkişaf yolu keçib və nəticədə sosiologiya, politologiya, fəlsəfə, psixologiya cəmiyyətimizdə baş verən iqtisadi, sosial-siyasi, mənəvi proseslərin ayrılmaz tərkib hissəsinə çevrilib.
Tədbir bədii hissə ilə davam edib.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Sabahın hava proqnozu açıqlanıb
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info