Azərbaycan və UNISEF səmərəli əməkdaşlıq edir
Tarix: 19.12.2016 | Saat: 20:48:00 | E-mail | Çapa göndər


Ədliyyə Nazirliyi Mətbuat xidmətindən verilən məlumata görə, ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov UNISEF-in ölkəmizdəki nümayəndəliyinin yeni rəhbəri Edvard Karvardin ilə görüşüb. Azərbaycan və UNISEF arasında əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edən nazir dövlət başçısının rəhbərliyi ilə insan haqlarının, o cümlədən uşaq hüquqlarının qorunması üzrə görülən işlərdən, məhkəmə-hüquq və penitensiar sistemlərdə aparılan islahatlardan danışıb. Həmçinin, yuvenal ədliyyənin inkişafına xüsusi diqqət yetirilərək yeniyetmələrin cinayət işləri üzrə ədalət mühakiməsi həyata keçirilərkən onların hüquqlarının müdafiəsinin gücləndirilməsi, yeni yanaşmaların və müasir İKT-lərin tətbiqi, məhkumların, o cümlədən yetkinlik yaşına çatmayanların saxlanma şəraitinin yaxşılaşdırılması, habelə hakimlərin yuvenal ədliyyə sahəsində treninqi və digər tədbirlər barədə məlumat verib, bu sahədə UNISEF-in dəstəyini qeyd edərək E.Karvardinə uğurlu fəaliyyət arzulayıb. UNISEF-in ölkəmizlə çox uğurlu əməkdaşlıq etdiyini söyləyən qonaq Azərbaycanda uşaq hüquqlarının qorunması istiqamətində dövlətin siyasi iradəsi ilə atılan mühüm addımları, yuvenal ədliyyənin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə görülən işləri, məhkəmə və penitensiar sistemin müasirləşdirilməsi, yetkinlik yaşına çatmayan məhkumların hüquqlarının genişləndirilməsi üzrə tədbirləri təqdir edib. Yuvenal ədliyyənin inkişafı sahəsində Ədliyyə Nazirliyinin təşəbbüslərini və əməkdaşlığı yüksək qiymətləndirən E.Karvardin qarşılıqlı fəaliyyətin bundan sonra da dərinləşdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb. Görüşdə əməkdaşlığın prioritetləri, o cümlədən yuvenal ədliyyə sahəsində birgə tədris tədbirlərinin təşkili, yaxşı təcrübələrin öyrənilməsi, azyaşlılara azadlıqdan məhrumetmə ilə bağlı olmayan alternativ cəzaların tətbiqi və s. barədə faydalı fikir mübadiləsi aparılıb. Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info