“İrəli“nin hesabat-seçki konfransı keçirilib
Tarix: 19.12.2016 | Saat: 23:42:00 | E-mail | Çapa göndər


“İrəli” İctimai Birliyinin V hesabat-seçki konfransı keçirilib. İctimai Birliyin baş katibi Azər Əmirov qurumun fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib. Məruzədə bildirilib ki, iki il ərzində İctimai Birlik ölkə gənclərinin ictimai, siyasi, iqtisadi, ekoloji, mədəni və digər sahələrdə fəallıqlarının artırılması məqsədilə 15 genişmiqyaslı layihə həyata keçirib. Həmin tədbirlərdə ümumilikdə iki mindən çox gənc iştirak edib. “İrəli”nin “Bakı-2015” birinci Avropa Oyunlarına dəstək məqsədilə təşkil etdiyi kampaniyaya on minlərlə gənc qoşulub. Bununla yanaşı, “İrəli” İctimai Birliyi 1700-dək gənci əhatə edən 18 layihəni dəstəkləyib. İctimai Birliyin sədri vəzifəsinə keçirilən səsvermə nəticəsində Mirhəsən Seyidov yenidən “İrəli” İctimai Birliyinin sədri seçilib. Mirhəsən Seyidov çıxış edərək ona göstərilən etimada görə minnətdarlığını bildirib. Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, bu gün Azərbaycanda gənclər hərəkatı dinamik inkişaf dövrünü yaşayır. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev müstəqilliyin ilk illərində hakimiyyət uğrunda mübarizə aparan qüvvələrin gəncləri siyasi oyunların alətinə çevirdiklərini bildirib. Qeyd edib ki, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra gənclər sahəsində dövlət siyasəti formalaşdırıldı, bu sahəyə yüksək diqqət və qayğı göstərilməyə başlandı. Ümummilli Liderin parlamentdə gənclərlə görüşü, Gənclər və İdman Nazirliyinin yaradılması ilə bağlı fərmanı dahi rəhbərin bu sahəyə göstərdiyi diqqət və qayğının bariz göstəricisidir. V.Quliyev bildirib ki, dövlət gənclər siyasətini uğurla inkişaf etdirən Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində bu sahədə dövlət proqramları qəbul olundu, mühüm tədbirlər reallaşdırıldı. Bunun sayəsində bu gün Azərbaycan gəncləri istər yerli, istərsə də beynəlxalq səviyyədə mühüm uğurlar qazanırlar. Bu gün ölkəmizdə fəaliyyət göstərən QHT-lər arasında gənclər təşkilatları öz fəallıqları ilə seçilirlər. “İrəli” İctimai Birliyinin hesabat dövründəki fəaliyyətini yüksək qiymətləndirən sektor müdiri bu qurumun dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsinə qarşıdakı illərdə də mühüm töhfə verəcəyinə əminliyini bildirib. Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev müstəqil ölkəmizdə dinamik və vətənpərvər gəncliyin yetişdiyini qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info