Fransa regionları ilə əməkdaşlıq şərabçılığın inkişafına müsbət təsir edəcək
Tarix: 20.12.2016 | Saat: 00:41:00 | E-mail | Çapa göndər


Azərbaycan və Fransa regionları arasında əlaqələrin inkişafına nəzarət edəcək İdarəetmə Komitəsi yaradılıb

İqtisadiyyat Nazirliyi ilə Fransa Respublikasının Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyi arasında regionlararası əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən “Palitra”ya bildiriblər ki, sənədi iqtisadiyyat naziri Şahin Mustafayev və ölkəmizdə səfərdə olan Fransanın Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin yerli hakimiyyətlərin xarici fəaliyyəti üzrə xüsusi nümayəndəsi, Fransanın desentralizasiya və regionlararası əməkdaşlıq üzrə Milli Komissiyasının baş katibi Bertran For imzalayıblar. Anlaşma Memorandumu iki ölkə arasında regionlararası əməkdaşlığın müxtəlif istiqamətləri üzrə əlaqələrin daha da dərinləşməsinə və şaxələnməsinə hüquqi zəmin yaradır.
Sənədə əsasən, regionlararası və desentralizasiya üzrə əməkdaşlığı inkişaf etdirmək, eləcə də müvafiq sahələrdə əməkdaşlığa nəzarətin həyata keçirilməsi məqsədilə İdarəetmə Komitəsi yaradılır. İdarəetmə Komitəsinə İqtisadiyyat Nazirliyinin və Fransa Respublikasının Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin səlahiyyətli nümayəndələri həmsədrlik edəcək. İmzalanma mərasimi çərçivəsində iqtisadiyyat naziri Şahin Mustafayev və Fransanın Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin yerli hakimiyyətlərin xarici fəaliyyəti üzrə xüsusi nümayəndəsi Bertran Forun rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə Azərbaycan və Fransa arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu, əməkdaşlığın genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin və keçirilən görüşlərin mühüm əhəmiyyəti vurğulanıb. Nazir Şahin Mustafayev qeyd edib ki, Azərbaycan-Fransa əlaqələrinin, xüsusilə humanitar sahədə əməkdaşlığın inkişafında Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan-Fransa Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusilə önəmlidir. Bununla yanaşı, Fransada Azərbaycan Mədəniyyət Mərkəzinin açılması, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının yaradılması, ötən həftə 8-ci iclası keçirilmiş Azərbaycan-Fransa İqtisadi Komissiyasının fəaliyyəti ölkələrimiz arasında əlaqələrin genişlənməsinə müsbət töhfə verir. Azərbaycan-Fransa əlaqələrinin müxtəlif sahələri əhatə etdiyini vurğulayan nazir Şahin Mustafayev əməkdaşlığımızın iqtisadi sahədə uğurla inkişaf etdiyini qeyd edib. Diqqətə çatdırılıb ki, regionlararası əlaqələr Azərbaycan-Fransa əməkdaşlığının mühüm istiqamətlərindəndir və Azərbaycanın 14 şəhəri ilə Fransanın 13 şəhər və vilayəti qardaşlaşıb. Bildirilib ki, bu gün imzalanan sənəd Azərbaycan-Fransa əlaqələrinin və regionlararası əməkdaşlığın genişləndirilməsində önəmli olacaq. Fransa nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Gəncədə keçirilən və artıq ənənəvi xarakter daşıyan Beynəlxalq Üzüm və Şərab Festivalı Azərbaycan-Fransa iş adamları arasında əlaqələrin güclənməsində, qeyri-neft sektorunun ixrac qabiliyyətli sahələrindən olan şərabçılığın inkişafında, bu sahədə təcrübə mübadiləsində əhəmiyyətlidir. Fransanın şərabçılıq sahəsində böyük təcrübəyə malik olduğunu qeyd edən nazir Şahin Mustafayev Azərbaycan şərablarının da dünyada tanındığını və bu yaxınlarda Çində keçirilən sərgidə ən yaxşı şərablardan biri kimi mükafata layiq görüldüyünü bildirib. Azərbaycanda həyata keçirilən iqtisadi islahatları diqqətə çatdıran Şahin Mustafayev qeyri-neft sektorunun şaxələndirilməsinin, o cümlədən şərabçılıq kimi ənənəvi sahələrin inkişafının prioritet olduğunu qeyd edib. Fransanın Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin yerli hakimiyyətlərin xarici fəaliyyəti üzrə xüsusi nümayəndəsi Bertran For Azərbaycanda səfərə olan Fransa nümayəndə heyətinə ölkəmizi yaxından tanıyan və qardaşlaşmış şəhərlərin təmsilçilərinin daxil olduğunu diqqətə çatdırıb, bu gün imzalanmış sənədin Fransa və Azərbaycan regionları arasında əməkdaşlığın inkişafında və əlaqələrin yeni müstəviyə keçməsində əhəmiyyətini vurğulayıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb
20.11.2018
Azərbaycan və Belarus arasında on milyonlarla dollarlıq müqavilələrin bağlanması gələcək üçün yaxşı göstəricidir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info