Məhkəmə vəsatətləri təmin etməyib
Tarix: 20.12.2016 | Saat: 01:00:00 | E-mail | Çapa göndər


Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə vəkillər təqsirləndirilən şəxslərin məhkəmədə iştiraklarının təmin edilməsi barədə vəsatət veriblər. Lakin məhkəmə vəsatəti təmin etməyib.
Təqsirləndirilən Şamil Abduləliyevin vəkili Zibeydə Sadıqova müdafiə etdiyi şəxsin anasının rəhmətə getdiyini deyib, onun yas məclisində iştirakına icazə verilməsini istəyib. Hakim bununla bağlı Penitensiar Xidmətə müraciət edəcəklərini deyib.
Vəkil Fariz Namazlı isə Abbas Hüseynovun səs yazısı olan diskə onun iştirakı ilə qulaq asılması barədə vəsatət qaldırıb. Vəkil bildirib ki, A. Hüseynov bəzi ifadələrin ona məxsus olmadığını deyib. Vəkil Nemət Kərimli isə Daxili İşlər Nazirliyi barədə vəsatət qaldırıb. Məhkəmə vəsatətləri təmin etməyib. Vəkil Yalçın İmanov bildirib ki, iş üzrə hal şahidlərindən İntiqam Kərimov digər işlərdə də hal şahidi olub. Vəkilin sözlərinə görə, Hüseynağa Məmmədov adlı şahid isə narkotik ittihamı ilə əvvəllər həbs edilib. Y. İmanov onların imzaladıqları protokolların iş materiallarından çıxarılması və etibarsız hesab edilməsi haqqında vəsatət verib. Sonra prosesdə fasilə elan edilib.
Məhkəmə prosesi fasilədən sonra davam etdirilib. Prosesdə məhkəmə Y. İmanov tərəfindən hal şahidləri ilə bağlı verilən vəsatətə münasibət bildirib. Vəsatət təmin edilməyib. Vəkil Zibeydə Sadıqova Ş. Abduləliyevin yas məclisində iştirakının təmin edilməsini və ona qardaşı ilə məhkəmədə görüş verilməsini istəyib. Bildirib ki, qardaşı ona dəstək olmaq istəyir. Lakin hakim deyib ki, qanunda buna icazə verilmədiyi üçün nəsə edə bilməz. Vəkil Y. İmanov ekspertiza keçirən ekspertlərin dindirilməsi haqqında vəsatət verib. Məhkəmə vəsatəti təmin etməyib. Y. İmanovun növbəti vəsatəti isə Baş Prokurorluqla bağlı oldu. Lakin məhkəmə vəsatəti təmin etməyib. Proses dekabrın 21-də davam etdiriləcək.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info