Azərbaycanda “uşaq koloniyası” ləğv olunur
Tarix: 04.04.2013 | Saat: 23:58:00 | E-mail | Çapa göndər


Azərbaycanda “uşaq koloniyası” kimi tanınan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə Müəssisəsi ləğv olunaraq, cəza çəkən yeniyetmələr üçün yeni müəssisə təsis olunacaq.
Milli Məclisdən verilən məlumata görə, bu, yeni hazırlanan “Yuvenal ədliyyə haqqında” qanun layihəsində nəzərdə tutulmaqla yanaşı, bununla bağlı İslah-Əmək Məcəlləsində dəyişikliklər də nəzərdə tutulur.
Yeni layihəyə əsasən, cinayət məsuliyyətinə cəlb olunan yeniyetmələrin islahı sahəsində Avropa standartlarına uyğun bir sıra yeniliklər tətbiq olunacaq və müəssisə indikindən fərqli olaraq tamamilə yeni formada fəaliyyət göstərəcək.
Yeni müəssisə cəzaçəkmə müəssisəsindən daha çox yeniyetmələrə tərbiyəvi-psixoloji yardım müəssisəsi məzmununu alacaq. Yeniyetmələrin tərbiyəvi-psixoloji cəhətdən islah olunması prosesində onların valideynləri və yaxınları da iştirak edə biləcəklər.
Hazırda sözügedən təkliflər üzərində iş gedir, təfərrüatlar “Yuvenal ədliyyə haqqında” layihənin müzakirəsi zamanı açıqlanacaq.
Qanun layihəsinin bu il parlamentdə müzakirəyə çıxarılması gözlənilir.
Qeyd edək ki, Azərbaycanda 14 yaşı tamam olmuş şəxslər cinayət məsuliyyətinə cəlb olunurlar.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info