Trampın Rusiya siyasətinə qarşı yeni plan hazırlanıb
Tarix: 20.12.2016 | Saat: 01:05:00 | E-mail | Çapa göndər


“Washington Post”:
“Makkeynin açıqlamaları Trampın Moskva ilə əməkdaşlıq planının konqresdə müqavimətlə üzləşdiyini göstərir”

“ABŞ artıq qlobal liderlik rolunu itirməkdədir. İkinci Dünya müharibəsindən sonra qurulan qlobal nizamın eroziya əlamətləri göz önündədir”. Bu fikirləri ABŞ Senatının Silahlı xidmətlər komitəsinin sədri Con Makkeyn CNN telekanalına verdiyi açıqlamada bildirib.
O, fikrini əsaslandırmaq üçün Suriyadakı vəziyyəti, Çinin ABŞ-ın Hərbi Dəniz Donanmasına məxsus pilotsuz sualtı qayığı ələ keçirməsini və son prezident seçkiləri zamanı ABŞ-ın siyasi qurumlarına iddia edilən kiber hücumları misal gətirib: “ABŞ-ın dünya liderliyindəki sarsılması artıq göz önündədir”. Xatırladaq ki, bir həftə əvvəl Makkeyn üç senatorla birlikdə MKİ-nin Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi ilə bağlı köklü şəkildə yoxlama aparmaq üçün çağırış etmişdi. Bununla yanaşı, Makkeyn “Exxon Mobil”in keçmiş rəhbəri Reks Tillersonun ABŞ-ın yeni dövlət katibi təyin edilə biləcəyi barədə səsləndirilən fikirləri “dərin narahatlıq”la qarşılayıb. Makkeyn bunu Tillersonunu Rusiya ilə olan isti münasibətləri ilə əlaqələndirir. ABŞ-ın nüfuzlu “Washington Post” nəşri yazır ki, Makkeynin açıqlamaları Trampın Moskva ilə əməkdaşlıq planının konqresdə müqavimətlə üzləşdiyini göstərir. Makkeynin fikirlərinə başqa respublikaçı senator Lindsi Qrem də dəstək verib. “Washington Post” nəşrinin məlumatına görə, Con Makkeyn və Lindsi Qrem artıq Trampın Rusiya siyasətinə qarşı yeni plan üzərində işlərini başa çatdırıblar. Trampın andiçmə mərasiminə qədər Ukrayna, Gürcüstan və Estoniyaya səfər etmək niyyətində olan konqresmenlər bu ölkə liderlərinə Vaşinqtonun Moskva siyasətinin dəyişmədiyini təlqin etmək niyyətində olduqlarını bəyan edəcəklər. Rusiyanın qarşısını almaq üçün Avropadakı müttəfiqlərinə əlavə maliyyə dəstəyinin genişləndirilməsinə təkan verilməsi planlaşdırılır. Bundan əlavə, kiber hücumları ilə bağlı Moskvanın “cəzalandırılmasına” nail olmağa da çalışılacaq. “Washington Post”un iddiasına görə, başlayan döyüş Trampın xarici siyasəti dəyişmək sahəsində ilk test ola bilər.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info