Azərbaycan diasporu haqqında kitab isveç və danimarkalılara təqdim edilib
Tarix: 20.12.2016 | Saat: 15:47:00 | E-mail | Çapa göndər


İsveçin Akarp şəhərində “Azərbaycanı dünyaya tanıdaq” devizi altında tədbir keçirilib. Tədbirdə yerli isveçlilərin fəal qatılımı ilə yanaşı, o ölkədə yaşayan digər xalqların nümayəndələri, Almaniyadan, Rusiyadan, Danimarakadan, İsveçin Göteburg şəhərindən də qonaqlar qatılmışdılar.
Tədbir yazıçı Səməd Vurğunun “Azərbaycan “ şeirinin sözlərinə bəstələnmiş musiqi sədaları altında başlandı.
Tədbiri Dünya Azərbaycanlıları Assambleyası mədəniyyət, gənclər və turizm məsələləri üzrə vitse-prezidenti Aida Məmmədova qonaqları salamlayaraq açdı və qonaqları bu tədbirdə görməkdən məmnun olduğunu bildirdi.
O daha sonra Azərbaycan mədəniyyəti, incəsənəti, mətbəxi haqqında qonaqlara geniş məlumatlar verdi və iştirakçıları bu zənginliklərlə yaxından tanış olmaq məqsədi ilə Azərbaycana səfər etməyə dəvət etdi.
Daha sonra tədbir “Azərbaycan” haqqında təqdimat filmi ilə davam etdi. Filmdə Azərbaycanının zəngin mədəniyyəti, tarixi abidələri, turizm bölgələri haqqında məlumat verildi.
Daha sonra söz alan söz alan Danimarkada yaşayan Mehrdad Zamani “Dünya Azərbaycanlıları Palitrası” kitabını qonqlara təqdim etdi. Bu kitab haqqında geniş məlumat verən Mehrdad bəy kitabın rolundan, məzmunundan bəhs etdi. Daha sonra tədbir Mehrdad Zamani bəyin ifasında “Sarı Gəlin” Mahnısı ilə davam etdi.
Daha sonra İsveçdə tərcüməçi olaraq işləyən Əli bəy İsveçlilər və tədbir iştirakçılarına Qarabağ haqqında məlumat verdi. Ermənistanın işğalçılıq siyasətindən danışaraq qonaqlara bu münaqişə ilə bağlı geniş məlumatlar verdi.
Daha sonra Danimrka Azərbaycan Dostluq Cəmiyyətinin sədri Kəmalə Maisqızının ifasında Azərbaycan rəqs musiqisi sədaları altında milli rəqsimiz nümayiş olundu. Rəqsə eyni zamanda tədbirdə iştirak edən digər qonaqlar da qoşuldu.
Tədbirdə iştirak edən qonaqlar Azərbaycan haqqında bu qədər gözəl məlumatlar aldıqlarından şad olduqlarını dedilər. Tədbirin təşkil edilməsində verdiyi dəstəyə görə Cecile Jönssona təşəkkür edildi.
Sonda qonaqlara Azərbaycanın milli şirniyyatları paxlava, şəkərbura təqdim olundu.
Qeyd edək ki, Dünya Azərbaycanlıları Assambleyası 06.09.2016 tarixində Almaniya Federativ Respublikasının məhkəmə və ədliyyə orqanları tərəfindən beynəlxalq təşkilat olaraq qeydiyyata alınıb. Təşkilatın mərkəzi Almaniyanın Köln şəhərindədir.


Fuad




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info