“Terrorçuluqla mübarizədə Rusiya ilə daha güclü həmrəylik nümayiş etdirəcəyik”
Tarix: 20.12.2016 | Saat: 15:56:00 | E-mail | Çapa göndər


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsi ilə bağlı açıqlama verib.
Türkiyənin Azərbaycandakı səfirliyindən daxil olmuş açıqlamada Prezident Ərdoğan hücumu nifrətlə qınadığını bildirir. Açıqlamada daha sonra deyilir: “Bilirik ki, bu, xüsusilə Türkiyə-Rusiya münasibətlərinin normallaşması prosesini pozmağa yönəlmiş təxribatdır. Amma həm Rusiya, həm də Türkiyə rəhbərliyi bu təxribata uymayacaq qədər iradəyə malikdir.
Vladimir Putin ilə axşamkı telefon danışığımızda beynəlxalq terrorçuluqla mübarizədə bundan sonra daha güclü və daha fərqli həmrəylik nümayiş etdirəcəyimiz barədə razılığa gəldik. Türkiyə dövləti və xalqı adından Rusiya Prezidenti Vladimir Putinin şəxsində dost Rusiya xalqına bir daha başsağlığı verirəm.
Bu vəziyyətdən öz mənafeləri üçün istifadə etmək istəyənlərin kim olduğunu bilirik və onları yaxından izləyirik. Rusiyalı səfirə edilən hücum Türkiyənin və Rusiyanın Suriya ilə bağlı yaxşı əməkdaşlığına yönəlmiş bir təxribatdır.
Türkiyə və Rusiya, başımız sağ olsun!”

Tural




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Tereza Mey Böyük Britaniyanın baş naziri postunu qoruyub saxlayıb
16.01.2019
Britaniya deputatları “Brexit“ şərtlərinə dair sazişin əleyhinə səs veriblər
16.01.2019
Türkiyə ərazisində əlverişsiz hava şəraiti davam edir
15.01.2019
ABŞ səfirinin Almaniyadan çıxarılması tələb edilir
15.01.2019
Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO toplantısında iştirak edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info