Multikulturalizmə aid yeni kitabın təqdimatı olub
Tarix: 20.12.2016 | Saat: 16:16:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutunda AMEA-nın və MDB-yə üzv ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) birgə təşkilatçılığı ilə “Yeni mərhələdə elmi əlaqələrin inkişafı: dialoq və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq elmi seminar çərçivəsində “Multikulturalizm: reallıqlar və meyillər” kitabının təqdimatı olub.
Rusiya Elmlər Akademiyasının A.M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun direktoru, professor Vadim Polonski və AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəylinin moderatorluğu ilə keçirilən tədbirdə kitabın Ədəbiyyat İnstitutu və Moskva Dövlət Pedaqoji Universitetinin (MDPU) Stavropol filialı tərəfindən birgə hazırlandığı bildirilib.
Kitabın məziyyətindən danışan akademik İ.Həbibbəyli qeyd edib ki, bu nəşrdə ədəbiyyatımıza multikultural dəyərlər istiqamətindən olan baxış onun əzəmətini müəyyənləşdirən təməl meyarlardan biri kimi özünü göstərir. Diqqətə çatdırılıb ki, bu, əməkdaşlıq çərçivəsində artıq dördüncü kitabdır. Bundan sonra da birgə layihələrin keçirilməsi nəzərdə tutulub.
MDPU Stavropol filialı direktorunun müavini Liliya Qriqorova bildirib ki, 2014-cu ildə AMEA ilə bu filial arasında əməkdaşlıq haqqında sənəd imzalanıb. Həmin sənəd iki qurum arasında əlaqələrin daha da genişlənməsinə sanballı töhfələrini verir.
Digər çıxış edənlər də ölkələrarası elmi əməkdaşlığın əhəmiyyətini qeyd edib, bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artır
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info