“Mən bir ağac əkmişəm” layihəsi uğurla başa çatıb
Tarix: 20.12.2016 | Saat: 16:24:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə və Bakı Ali Neft Məktəbinin və Tələbə Gənclər Təşkilatının dəstəyilə icra olunan “Mən bir ağac əkmişəm” layihəsi uğurla başa çatıb. Layihə çərçivəsində görülən işlər və əldə olunan nəticələr barədə layihə rəhbəri Əfqan Bəylərli öz müsahibəsi zamanı əvvəlcə belə təlimlərin təşkil olunmasına şərait yaratdığına görə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fonduna öz minnətdarlığını bildirib. O, qeyd edib ki, hazırki dövrdə ətraf mühitə olan diqqətin artırılması və bu işlərə gənclərin cəlb olunması çox vacib məsələdir: "Bu səbəbdən Gənclər Fondunun bu tip layihələrin icrasına şərait yaratması və maarifləndirmə işlərinin təşkil olunması gənclərdə ətraf mühitə olan münasibətin formalaşmasında xüsusi əhəmiyyət kəsb edir. Artıq müəyyən qədər də olsa Azərbaycanda bitki və heyvanlar aləminin tərkibi və hər bir canlının əhəmiyyəti barədə məlumatlı gənclərin sayının artması ətraf mühitin mühafizəsinə biganə insanlara qarşı ictimai qınağın da artmasına səbəb olur. Qeyd etmək istərdim ki, “Mən bir ağac əkmişəm” layihəsinin ilkin mərhələsində gənc iştirakçılarımız tərəfindən neftlə çirklənmiş Bibiheybət ərazisində 200 ədəd şam ağacı əkilmişdir. Təlimlərin bir qisminin Botanika İnstitutunda və Zoologiya muzeyində olması hər bir bitkinin və heyvanın faydaları barədə məlumatlandırılması İştirakçılar tərəfindən yüksək qiymətləndirilmişdir. Keçirilən təlimlər zamanı sənaye sahələrinin ətraf mühitə təsiri və mənfi təsirlərin aradan qaldırılması məqsədilə görülən işlər, Azərbaycan Respublikası ərazisində flora və faunanın zənginliyi və bu zənginliyin qorunması sahəsində gənclərin üzərinə düşən məsələlər barədə geniş məlumatlar verilmişdir". Ə.Bəylərli həmçinin bildirib ki, gənclər arasında ətraf mühitin mühafizəsi məsələlərinə olan maraq onları bu istiqamətdə daha da fəal olmağa və bu tip yeni tədbirlər keçirməyə ruhlandırır.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Aşura günü Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info