“Rusiya və Türkiyə münasibətlərin pozulmasına imkan verməyəcək”
Tarix: 20.12.2016 | Saat: 17:33:00 | E-mail | Çapa göndər


Rusiyanın xarici işlər naziri Sergey Lavrov səfir Andrey Karlovun qətlinə dərhal münasibət bildirdiklərinə görə Türkiyə tərəfinə təşəkkür edib.
 
Bu barədə o, Moskvada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdə bildirib. “Bu terror hadisəsinə ən qısa vaxtda aydınlıq gətiriləcəyinə inanırıq. Prezidentlərimizin dünən razılaşdığı kimi, Türkiyə hüquq-mühafizə orqanlarının həyata keçirdiyi təhqiqatlara Rusiya hüquq-mühafizə orqanları da qatılacaq. Artıq Rusiyadan bir qrup Ankaraya yola düşüb. Onları aparan təyyarə qətlə yetirilmiş səfirimizin cənazəsini və onun ailə üzvlərini Moskvaya gətirəcək. Biz də burda onun cənazəsini lazım olan şəkildə qarşılayacağıq. Prezidentlərimizin də dünən qeyd etdikləri kimi, bu hadisə bizi terrorçuluğa qarşı daha qərarlı mübarizə aparmağa sövq edir və bizim bugünkü görüşümüzü daha da aktuallaşdırır. Bu gün üçtərəfli görüşümüz də Suriya münaqişəsinin həllindəki çalışmalarımıza yardım edəcək”, - deyə S. Lavrov vurğulayıb.
 
Mövlud Çavuşoğlu isə Moskvaya uçarkən yolda Rusiya səfiri Andrey Karlovun qətlə yetirilməsi xəbərini aldığını söyləyib: “Bu terror aktını bir daha lənətləyirəm. Karlov öz işinin peşəkarı idi. Rusiya hər zaman öz təcrübəli diplomatlarını Türkiyəyə göndərir. Bu, Rusiyanın ikitərəfli münasibətlərə verdiyi dəyərdir. Bilməlisiniz ki, türk xalqı da ən azı rus xalqı qədər bu hadisədən kədərlənib. Həm Rusiyada, həm də Türkiyədə yaxşı bilirlər ki, bu hadisə ikitərəfli münasibətlərə zərər vermək və son zamanlar əldə etdiyimiz bütün hədəfləri pozmaq üçün törədilib. Rusiya və Türkiyə bunu yaxşı bilir və münasibətlərin pozulmasına icazə verməyəcək. Bu xain və alçaq terror aktının arxasında nə var, kimlər var, bunu da aydınlaşdırmaq məcburiyyətindəyik. Buna birlikdə nail olacağıq. Hörmətli Putinin təklifini prezidentimiz Ərdoğan tərəddüd etmədən qəbul etdi və mütəxəssisləriniz Ankaraya yola düşdülər. Sizin və bizim mütəxəssislər birlikdə şəffaf bir şəkildə çalışacaqlar və terror aktının səbəbini, arxasında duranları aydınlaşdıracaqlar. Əlbəttə, Andrey Karlova edilən bu terror hücumunun hesabı sorulacaq. Onun adını həm Ankarada, həm də ürəyimizdə yaşadacağıq”.  
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info