“İdeyadan biznesə doğru” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Tarix: 20.12.2016 | Saat: 18:42:00 | E-mail | Çapa göndər


Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubator iştirakçıları arasında ən yaxşı biznes ideyaların müəyyən edilməsi məqsədi ilə elan olunan “İdeyadan biznesə doğru” müsabiqəsinin qalibləri mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, dekabrın 20-də Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin biznes inkubator iştirakçıları arasında elan etdiyi müsabiqənin yekunlarına dair tədbir keçirilib.
Tədbirdə İqtisadiyyat, Gənclər və İdman nazirliklərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, “ObaNatur” MMC-nin nümayəndələri, biznes inkubator iştirakçıları və Xaçmaz şəhərində fəaliyyət göstərən gənc sahibkarlar və menecerlər iştirak edib.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkədə sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi və onların hüquqlarının etibarlı müdafiəsi istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verib. Nazir müavini gənclərin məşğulluğunun təmin edilməsinə və sosial məsələlərinin həllinə, onların sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinə daim diqqət və qayğı göstərildiyini vurğulayıb.
Bildirilib ki, gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məqsədi ilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən indiyədək 4500-dən çox gənc sahibkara 307,9 milyon manat güzəştli kredit verilib, bu kreditlər hesabına 14200-dən çox yeni iş yeri yaradılıb.
Biznes inkubatorların yaradılması gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsində əsas mexanizmlərdəndir. İqtisadiyyat Nazirliyi tərəfindən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubatorun fəaliyyəti gənclərin innovativ potensialının və təşəbbüskarlığının dəstəklənməsinə, məşğulluğun artırılmasına, eləcə də iqtisadi rayonun inkişafına töhfə verir. Son illərdə biznes inkubatorda keçirilən müxtəlif tədbirlərin, o cümlədən treninqlərin, beynəlxalq ekspertlərin iştirakı ilə seminarların, müsabiqələrin gənclərin sahibkar kimi formalaşmasında mühüm rol oynadığı və bu işlərin gələcəkdə də davam etdiriləcəyi vurğulanıb.
Qeyd edilib ki, bu cür tədbirlərdən olan "İdeyadan biznesə doğru” müsabiqəsinin keçirilməsində məqsəd biznes inkubator iştirakçılarının sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması, gənclərin perspektivli və innovativ biznes ideyalarının müəyyən edilməsi və onların həyata keçirilməsinin stimullaşdırılmasıdır.
İqtisadiyyat Nazirliyinin, "ASAN Xidmət"in, Gənclər Fondunun nümayəndələri və digər iştirakçılar gənclərə göstərilən diqqət və qayğıdan danışıb, onların yaradıcılıq və məşğulluq təşəbbüslərinin daha da genişləndiyini vurğulayıblar.
Tədbirin sonunda müsabiqənin qalibləri mükafatlandırılıb, biznes inkubatorun 19 iştirakçısına təlimlərdə fəal iştirak etdiklərinə görə sertifikatlar verilib. Bununla yanaşı, mərkəzdə fəaliyyət göstərən biznes inkubator otaqlarının açarları iştirakçılara təqdim edilib.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info