“Hindistandan gətirilən peyvəndlərin arasında keyfiyyətsizləri də olur”
Tarix: 20.12.2016 | Saat: 18:44:00 | E-mail | Çapa göndər


Azərbaycana peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə etdiyi ölkələrdən gətirilir. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərman Vasitələrinin Yoxlanması Laboratoriyasının müdiri Polad Hacıbalayev bildirib ki, ÜST kütləvi istifadə olunan peyvəndlərə ciddi nəzarət edir: “Peyvəndlər də digər dərman preparatları kimi dövlət qeydiyyatından keçməlidir. Onlara istifadə üçün 5 illik qeydiyyat vəsiqəsi verilir. Digər dərmanlar kimi peyvəndlər də ölkəyə idxal olunan zaman onların sənədləşməsinə diqqət yetirilir. Bununla yanaşı, onların qablaşdırılma, içlik vərəqəsi olmalıdır”.
P. Hacıbalayev əlavə edib ki, bəzən Hindistandan gətirilən peyvəndlərin pis olduğu deyilir: “Düzdür, aralarında keyfiyyətsizləri də olur. Əslində Hindistanda yaxşı peyvənd istehsalçıları var. Peyvənd digər dərman preparatlarından fərqli olaraq bioloji maddədir. Onun əks təsirinin olması üçün bir çox amil mövcuddur. Bu zaman genetik faktorlar da rol oynaya bilər”.
Dərman vasitələrinin qeydiyyatı ekspertizası şöbəsinin mütəxəssisi Ulduz Eyvazova isə qeyd edib ki, çox zaman valideynlər peyvənddən sonra uşaqlarda yüngül soyuqdəymə əlamətləri gördükdə narahat olurlar: “Onlar hesab edirlər ki, peyvənd və vaksinlər köhnə olduğu üçün əlavə təsirləri  yaranır. Əslində, peyvəndlər uşaqlara ona görə vurulur ki, onlar infeksion xəstəlikləri yüngül formada keçirsinlər. Uşaq orqanizmində həmin xəstəliklərə qarşı antitellər yaranır. Peyvənddən sonrakı əlamətlər əlavə təsir deyil, bunların olması normal reaksiyadır”.  

Nigar




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10464

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info