Rusiyanın Azərbaycandakı səfirliyi bəyanat yaydı
Tarix: 20.12.2016 | Saat: 18:47:00 | E-mail | Çapa göndər


Rusiyanın Azərbaycandakı səfirliyi Ankarada səfir Andrey Karlovun öldürülməsi ilə bağlı bəyanat yayıb.
 
Bəyanatda deyilir ki, mürəkkəb bir dövrdə Rusiya-Türkiyə münasibətlərinin normallaşması prosesinə mühüm töhfə verən yüksək ixtisaslı diplomat, peşəkar və mehriban bir insan arxadan açılan atəşlə öldürülüb: “Azərbaycanda işləyərək biz istənilən an xarici siyasi məsələlərin həllində Ankaradakı həmkarlarımız və şəxsən Rusiyanın Türkiyədəki səfirindən güclü dəstək və lazımi yardım göstərmək istəyini daim hiss etmişik”.
 
Cinayətin cəzasız qalmayacağına əminliyini vurğulayan Rusiyanın Azərbaycandakı səfirliyinin kollektivi hadisədən sarsıldığını ifadə edib və öldürülən diplomatın yaxınlarına başsağlığı verib. 
 
Qeyd edək ki, ötən gün axşam Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən “Rusiya türklərin gözü ilə” sərgisində çıxışı zamanı Rusiyanın bu ölkədəki səfiri Andrey Karlov qətlə yetirilib.
 
Hadisəni törədən polis əməkdaşı Mert Altıntaş təhlükəsizlik əməkdaşları tərəfindən öldürülüb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Saakaşvili: “Qarabağ Azərbaycandır, bütün dünya bu fikirdədir”
20.08.2019
Xalq “5-ci kolon”a şans verməyəcək
20.08.2019
Ordumuzda olan, 3000 metr məsafədə helikopteri məhv edən “İqla S“ raket kompleksi
19.08.2019
“Ulduzu barışmayan” AXCP-ReAl
19.08.2019
Gürcüstanla Dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertlərinin işçi görüşü olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info