“Bu hadisədə qalib tərəf yoxdur”
Tarix: 20.12.2016 | Saat: 18:49:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi, dünən Ankarada Müasir Sənətlər Mərkəzində keçirilən rəsm sərgisinin açılışında Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova qarşı sui-qəsd təşkil edilib. Hücumda ağır yaralanan səfir hospitalda həyatını itirib.
Türkiyə Daxili İşlər Nazirliyinin başçısı Süleyman Soylu səfirə hücum edən şəxsin polis məmuru Mövlud Mert Altıntaş olduğunu bildirib. Türkiyə mediasının yazdığına görə, araşdırmalar nəticəsində onun Fethullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqəsinin olduğuna dair tutarlı dəlillər tapılıb.
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri Rufiz Qonaqov hadisə ilə bağlı fikirlərini bildirib.
O, bu terrorun Rusiya-Türkiyə münasibətlərinə qarşı növbəti qəsd olduğunu bildirib: “Qardaş Türkiyədə qonşu Rusiyanın səfirinin qətlə yetirilməsi təxribat və acı terror hadisəsidir . Terrorçunun isə vətəni olmur. İlk növbədə bu, Türkiyəyə qarşı növbəti terrordur”.
Rufiz Qonaqov qeyd edib ki, bu hadisə növbəti dəfə Türkiyə-Rusiya münasibətlərinə xələl gətirmək məqsədi güdür: “Türkiyəni təkləmək , ölkədəki vəziyyəti gərginləşdirmək , diplomatlar arasında vahimə yaratmaq , dövlətin imicinə zərbə vurmaq terrorçuların əsas məqsədidir. Bu hadisədə qalib tərəf yoxdur. Çox güman ki, Rusiya rəhbərliyi bunu gözəl bilir və bu halların qarşısının alınmasında Türkiyəyə dəstək olacaq” .


Fuad




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info