Bu il 212 dərmanın idxalına qadağa qoyulub
Tarix: 20.12.2016 | Saat: 19:42:00 | E-mail | Çapa göndər


“İl ərzində Səhiyyə Nazirliyinin Dərman vasitələrinin idxal-ekspertiza şöbəsinə 27000-dən çox seriyada dərman vasitəsinin idxalı üçün müraciətlər olub. Onlardan 23000-dən çoxu ilə bağlı təqdim edilmiş sənəd və nümunələrdə heç bir uyğunsuzluq aşkarlanmayıb, onların idxalına icazə verilib”. Bunu Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq subyektləri üzrə iş şöbəsinin müdir müavini Pərviz Əzizbəyov bu gün keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 4000-ə yaxın dərman vasitəsi ilə bağlı müəyyən uyğunsuzluqlar müəyyənləşib. Bunun qeydiyyat, içlik vərəqəsi və qablaşdırılma ilə əlaqədar olduğunu deyən P. Əzizbəyli vurğulayıb ki, 3000-dən çox dərman vasitəsinin uyğunsuzluqları istehsalçı və idxalçı şirkətlər tərəfindən aradan qaldırılıb. O qeyd edib ki, bu il uyğunsuzluq olduğuna görə 212 dərman vasitəsinin Azərbaycana idxalına qadağa qoyulub, qalanları isə hazırda araşdırma mərhələsindədir.
Şöbə müdirinin müavini bildirib ki, dərman vasitələrinin qeydiyyat-ekspertiza şöbəsi tərəfindən Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş “Dərman vasitələrinin dövlət qeydiyyatı və reyestrinin aparılması Qaydaları”na müvafiq olaraq dərman vasitələrinin ilkin və ixtisaslaşdırılmış ekspertizasının aparılması üçün müraciət edən şəxslərlə müqavilələr bağlanıb: “Şöbədə il ərzində 400-dən çox dərman vasitəsi dövlət qeydiyyatına alınıb. Dərman vasitələrinin təlimatlarının təsdiqlənməsi prosedurunun sürətləndirilməsi üçün tərəfimizdən tərcümə xidmətinin yaradılması ilə bağlı təşəbbüs irəli sürülüb. Təşəbbüsü Səhiyyə Nazirliyi müsbət qiymətləndirilib, tərcümə xidmətlərinə dair tariflər təsdiq olunub”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb
25.09.2018
AZPROMO-da təlim keçirilib
25.09.2018
Bakı Nəqliyyat Agentliyi: 7 müntəzəm marşrut müsabiqəyə çıxarılıb
25.09.2018
Azərbaycan məhsullarının Rusiyaya ixracına dair müqavilələr imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info