TUMİB sağlam həyat tərziylə bağlı layihənin icrasını başa çatdırıb
Tarix: 20.12.2016 | Saat: 19:48:00 | E-mail | Çapa göndər


“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi "Gəncliyini qoru gələcəyin üçün!" adlı layihəyənin icrasını başa çatdırıb. Layihə çərçivəsində sonuncu tədbir Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində baş tutub.
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov deyib ki, layihənin icrası müddətində gənclər arasında sağlam həyat tərzi təbliğ edilib, zərərli vərdişlərə qarşı effektiv mübarizə aparılıb. Ç.Bayramov qeyd edib ki, gənclər sağlam həyat tərzi keçirməklə qarşılaşdıqları bütün maneələri dəf edə bilərlər: “Hökumətin dəstəyi ilə sağlam həyat tərzi və reproduktiv sağlamlıq sahəsində gənclər arasında ciddi iş görülür. TUMİB də bu prosesdə fəal iştirak edərək, Azərbaycanın gələcəyi üçün sağlam nəsillərin yetişməsinə öz töhfəsini verir. Layihənin davamlılığını təmin etmək üçün daxili imkanlarımız hesabına gələcəkdə də maarifləndirmə işi aparacağıq”.
Ç.Bayramov gəncləri sağlam həyat tərzi keçirməyə, spirtli içkilərdən və siqaretdən uzaq olmağa, davamlı mütaliə etməyə və öz üzərlərində işləməyə çağırıb. TUMİB sədri əmin olduğunu bildirib ki, Azərbaycan gəncliyi dəmir iradəsi sayəsində qarşısına qoyduğu bütün vəzifələrin öhdəsindən gələcək: “Azərbaycanda idmana və idmançılara göstərilən qayğı sayəsində bu sahədə böyük nailiyyətlər əldə etmək mümkün olub. Azərbaycanın I Avropa Oyunlarına ev sahibliyi etməsi, IV İslam Həmrəylik Oyunlarının 2017-ci ildə Bakıda keçiriləcək ən nüfuzlu idman tədbirilə bağlı hazırlıq prosesinin başa çatmaq üzrə olması bir daha sübut edir ki, ölkəmizdə əhalinin sağlam həyat tərzi keçirməsi dövlətimizin qarşıısnda dayanan əsas vəzifələrdən biridir. Respublikamızın ən ucqar rayonlarında belə İdman Olimpiya Komplekslərinin inşa edilməsi göstərir ki, Azərbaycanda idmana qayğı əhalinin bütün təbəqələrini əhatə edir. Əsası ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət sağlam vətəndaş yetişdirməyə xidmət edir. Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərlik etməsi Azərbaycan dövlətinin idmana göstərdiyi sonsuz qayğının bariz nümunəsidir”.
Layihənin eksperti Seymur Verdizadə gəncliyin tükənməz enerjiyə sahib olduğunu bildiirb. S.Verdizadə deyib ki, orta və yaşlı nəslin vəzifəsi bu enerjini müsbət istiqamətə yönəltməkdir. Natiq əmin olduğunu bildirib ki, gənclər sağlam həyat tərzi keçirməklə bütün neqativ meyllərə qalib gələ bilərlər.
TUMİB mətbuat xidmətinin rəhbəri Səbinə Novruzzadə gənclərin cəmiyyətin həyatında fəal rol oynadığına diqqət çəkib. S.Novruzzadə qeyd edib ki, yeniyetmə və gənclər arasında maarifləndirmə işinin aparılmasında cəmiyyətin bütün təbəqələri iştirak etməlidir: “Azərbaycanda həyata keçirilən gənclər siyasəti bu kateqoriyaya daxil olan insanların fərdi potensialının üzə çıxmasına xidmət edir. Gənclər onlar üçün yaradılmış münbit şəraitdən maksimum faydalanmağa çalışmalıdırlar”.
TUMİB-in Hüquq Mərkəzinin əməkdaşı Orxan Vəliyev kamil insanla cahil insan arasındakı fərqdən danışıb. O.Vəliyev deyib ki, kamil insan təkcə fiziki deyil, həm də mənəvi cəhətdən sağlam olmalıdır: “Yaxşı insanı pis insandan fərqləndirən əsas cəhətlərdən biri də onun yüksək əxlaqi keyfiyyətlərə malik olmasıdır. Əxlaqlı insan hilədən, yalandan, şər-böhtandan uzaq olur, ətrafına müsbət emosiya bəxş edir. İnsanın daxili aləmi bəəzn onun çöhrəsində özünü göstərir. Buna görə də çalışın ki, həmişə üzünüz gülsün”.
Suraxanı rayon Gənclər və İdman İdarəsinin rəis müavini Elşən Atakişizadə Azərbaycan gəncliyinin hərtərəfli qayğı ilə əhatə olunduğunu bildirib. E.Atakişizadə deyib ki, gəncliyin sahib olduğu enerji imkan verir ki, o, mürəkkəb situasiyadan da çıxış yolu tapa bilsin. Rəis müavini gəncləri daim hərəkətdə olmağa və yeni-yeni ideyalarla çıxış etməyə səsləyib.





 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Bu il Bakının 4 rayonunda “DOST” mərkəzləri yaradılacaq
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib
21.02.2019
DMX tələbə və məzunlar üçün təşkil olunan “Karyera sərgisi”ndə iştirak edib
21.02.2019
Migel Silva Pinto “ASAN xidmət” mərkəzi ilə tanış olub
21.02.2019
Azərbaycan əhalisinin banklardakı pulu 8 milyard manatı ötüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info