Sumqayıtda metallurgiya kompleksinin yaradılması Azərbaycanın qeyri-neft sektorunda ən iri layihə olacaq.Bunu "Baku Steel Company"nin baş direktoru Ramin Kərimov deyib.
R.Kərimov bildirib: "Kompleksin tikintisinə yatırılan ümumi sərmayələrin həcmi 1,225 milyard avro təşkil edəcək, bu, ölkə üçün böyük imkandır. Bu kompleks bizə yalnız özümüzü təmin etməyə deyil, həmçinin bu məhsulu ixrac etməyə imkan verəcək".
Onun sözlərinə görə, kompleksin unikallığı ondadır ki, bütün istehsal prosesini əlavə loqistik xətlər olmadan həyata keçirmək mümkün olacaq.
Baş direktor əlavə edib ki, kompleks ərazisindəki zavodlar tədricən mərhələli şəkildə istismara veriləcək.
Tural
|