Ortaq Türk Tarixi dərsliyi Türk Şurasına üzv ölkələrinin tədris planına daxil olunacaq
Tarix: 20.12.2016 | Saat: 21:27:00 | E-mail | Çapa göndər


Bu barədə Astanada Beynəlxalq Türk Akademiyasının 2016-cı il hesabat konfransında məlumat verilib
Beynəlxalq Türk Akademiyası (TWESCO) Türkdilli ölkələrin müstəqilliklərinin 25-ci ildönünümü münasibətilə Akademiyanın son illərdə gördüyü işlərin hesabat toplantısını keçirib. Tanınmış dövlət xadimləri, səfirlər, diplomatlar və elm adamlarının iştirakı ilə baş tutan toplantının moderatorluğunu TWESCO prezidenti Darxan Kıdırali edib. O, Qazaxıstanla yanaşı, Azərbaycan, Qırğızıstan və digər türk dövlətlərinin müstəqilliklərinin 25-ci ildönümünü qeyd etdiyini vurğulayıb və bu münasibətlə təbriklərini çatdırıb. Akademiyanın son illərdə gördüyü işlər və həyata keçirdiyi tədbirləri haqqında iştirakçılara ətraflı məlumat verilib. D.Kıdırali qeyd edib ki, TWESCO ayrılıqda və digər beynəlxalq təşkilatlarla birlikdə ümumilikdə 70-ə yaxın tədbir həyata keçirib. Tədbirlərin coğrafiyası da geniş olub və ABŞ, Azərbaycan, Çin, Hindistan, Qırğızıstan, Monqolustan, Macarıstan, Rusiya Federasiyası, Türkiyə kimi ölkələri əhatə edib. Elmi layihələr çərçivəsində hazırlanan Ortaq Türk Tarixi dərsliyi Türk Şurasına üzv ölkələrinin səlahiyyətli qurumları tərəfindən təsdiq edilib və yeni tədris ilindən etibarən orta məktəblərin tədris planına daxil olunacaq.
Bununla yanaşı, Akademiyanın ekspertlər qrupu tərəfindən Ortaq Türk Ədəbiyyatı və Ortaq Türk Coğrafiyası dərsliklərinin konsepsiyaları hazırlanaraq, Türk Şurasına üzv ölkələrin müvafiq qurumlarına göndərilib.
Beynəlxalq Türk Akademiyası il 12 kitab hazırlayıb. Akademiyanın nəzdindəki Türk Muzeyi 246 yeni unikal eksponatla daha da zənginləşib. Muzeyin fonduna Monqolustanda reallaşdırılan "Tanrı Dağından Ötükenə" beynəlxalq ekspedisiya qrupunun fəaliyyəti zamanı aşkar edilən qiymətli tapıntılar da əlavə olunub.
Toplantıda tanınmış ictimai xadim və diplomatlar, Mırzatay Joldasbekov, Türk Şurası Ağsaqqallar Şurasının üzvü Adil Əhmədov və Qazaxıstan Elmlər Akademiyasının müxbir üzvü Bolat Kömekov çıxış edərək, Türk dövlətlərinin müstəqilliklərinin 25-ci İldönümü münasibətilə təbriklərini çatdırıblar.
Sonda səfir Qazaxıstanın İrandakı səfiri Bagdat Amreyev və Monqolustanın Qazaxıstandakı səfiri Jagir Suhee Türk Dünyasının inteqrasiyasına töfhələrinə görə TWESCO-nun medalı ilə mükafatlandırılıblar.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info