“İdeyadan biznesə doğru” müsabiqəsinə yekun vurulub
Tarix: 21.12.2016 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


Sahib Məmmədov:
“İ ndiyədək ölkəmizdə 4500-dən çox gənc sahibkara 307,9 milyon manat güzəştli kredit verilib, bu kreditlər hesabına 14200-dən çox yeni iş yerləri yaradılıb”

Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin biznes inkubator iştirakçıları arasında elan etdiyi “İdeyadan biznesə doğru” müsabiqəsinin yekunlarına dair tədbir keçirilib.
Tədbirdə İqtisadiyyat, Gənclər və İdman nazirliklərinin, Prezident yanında Gənclər Fondunun, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri, biznes inkubator iştirakçıları və Xaçmaz şəhərində fəaliyyət göstərən gənc sahibkarlar və menecerlər iştirak edib. Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Prezidentin rəhbərliyi ilə ölkədə sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi və onların hüquqlarının etibarlı müdafiəsi istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verib. Nazir müavini ölkədə gənclərin məşğulluğunun təmin edilməsinə və sosial məsələlərinin həllinə, gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinə daim diqqət və qayğının göstərildiyini vurğulayıb. Bildirilib ki, gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məqsədi ilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən indiyədək ölkəmizdə 4500-dən çox gənc sahibkara 307,9 milyon manat güzəştli kredit verilib, bu kreditlər hesabına 14200-dən çox yeni iş yerləri yaradılıb. Biznes inkubatorların yaradılması gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsində əsas mexanizmlərdəndir. İqtisadiyyat Nazirliyi tərəfindən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubatorun fəaliyyəti gənclərin innovativ potensialının və təşəbbüskarlığının dəstəklənməsinə, məşğulluğun artırılmasına, eləcə də iqtisadi rayonun inkişafına töhfə verir. Son illər ərzində biznes inkubatorda müxtəlif tədbirlərin, o cümlədən treninqlərin, beynəlxalq ekspertlərin iştirakı ilə seminarların, müsabiqələrin keçirilməsinin gənclərin sahibkar kimi formalaşmasında mühüm rol oynadığı və bu işlərin gələcəkdə də davam etdiriləcəyi vurğulanıb. Qeyd edilib ki, bu cür tədbirlərdən olan "İdeyadan biznesə doğru” müsabiqəsinin keçirilməsində məqsəd biznes inkubator iştirakçılarının sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması, gənclərin perspektivli və innovativ biznes ideyalarının müəyyən edilməsi və onların həyata keçirilməsinin stimullaşdırılmasıdır. İqtisadiyyat Nazirliyinin, "ASAN Xidmət"in, Gənclər Fondunun nümayəndələri və digər iştirakçılar gənclərə göstərilən diqqət və qayğının artdığını, gənclərin yaradıcılıq və məşğulluq təşəbbüslərinin daha da genişləndiyini qeyd ediblər. Sonra Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubator iştirakçıları arasında ən yaxşı biznes ideyaların müəyyən edilməsi məqsədi ilə elan olunmuş “İdeyadan biznesə doğru” müsabiqəsinin qalibləri elan olunub, onlara mükafatlar təqdim edilib. Biznes inkubatorun 19 iştirakçısına təlimlərdə fəal iştiraklarına görə sertifikatlar verilib, Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubator otaqlarının açarları iştirakçılara təqdim edilib.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib
20.03.2019
“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları“nda dəyişiklik edilib
19.03.2019
Azərbaycan 5 min tona yaxın şəkər ixrac edib
19.03.2019
“Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyanın ilk tirajı oynanılıb
19.03.2019
Azərbaycandan 76 milyon dollar dəyərində meyvə-tərəvəz ixracı olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
4 Yuliya Naçalova vəfat edib
5 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info