ABŞ-da seçkilərin ikinci mərhələsi: Trampın qələbəsi təsdiqləndi
Tarix: 21.12.2016 | Saat: 00:24:00 | E-mail | Çapa göndər


ABŞ-da prezident seçkilərinin ikinci mərhələsi keçirilib. Bu mərhələdə Seçkiçilər Kollegiyasının nümayəndələri birbaşa seçkilərdə səs vermiş seçicilərin səslərini “təsdiqləyirlər”. Beləliklə, yeni seçilmiş prezident Tramp 538 seçici səsindən 304-nü toplayaraq ABŞ-ın 45-ci prezidenti olacaq (qalib gəlmək üçün 270 seçici səsi toplamaq zəruridir).
Bəzi ictimai qruplar seçkiçiləri Trampın əleyhinə səs verməyə vadar etmək üçün kampaniyalar başlayıblar, lakin bu kampaniyalar uğursuz olub. Əslində, Trampın qələbəsi ilk seçki günü-noyabrın 8-də təmin edilib. Formal xarakter daşıyan budəfəki səsvermədən əvvəl Trampın əleyhdarları ona qarşı geniş kampaniya aparırdılar. Lakin bütün bu cəhdlər uğursuzluqla sonuclanıb. Son formal səsvermədə 7 seçkiçi fikrini dəyişərək digər namizədə səs verib. Xatırladaq ki, buna bənzər hadisə 1836-cı ilə təsadüf edib. Həmin vaxt seçici kollegiyasının 23 üzvü sonradan mövqeyini dəyişib. Trampa qarşı “vəfasızlıq” edən kollegiya üzvünün seçimi nəticəyə təsir etməyib. Öz qələbəsini “demokratiyanın inamlı tarixi qələbəsi” kimi dəyərləndirən Donal Tramp, əminliklə, “bütün amerikalıların prezidenti” olacağına söz verib: “Biz bunu bacardıq. Mən, bütün tərəfdarlarıma minnətdarlığımı bildirirəm. Biz artıq rəsmi olaraq bu qələbəni əldə edə bildik”. Beləliklə, qalibin adı məktub vasitəsilə Senata göndərilib. Namizədin qələbəsi Konqresin yanvarın 6-da keçiriləcək iclasında təsdiqlənməlidir. Bundan sonrakı proses andiçmədir. Tramp yanvarın 20-də Vaşinqtonda keçiriləcək andiçmə mərasimindən sonra vəzifəsinin icrasına başlayacaq. Məlum olduğu kimi, ABŞ-da prezident seçkiləri iki mərhələdən ibarətdir. Birinci turda seçicilər öz namizədlərinə səs verirlər, lakin bu səslər ştatlardan olan seçicilərin xeyrinə hesablanır. Sonra, dekabr ayında həmin seçicilər təmsil etdikləri ştatların qərarlarına uyğun olaraq namizədə səs verirlər. Seçkilərdə qalib gəlmək üçün namizəd 270 seçkiçinin səsini toplamalıdır. Bir sıra ştatlarda və Kolumbiya dairəsində seçkiçilər birbaşa səsvermə mərhələsində qalib gəlmiş namizədə səs verməyə borcludurlar. On dörd ştatda isə seçkiçilər öz mülahizələrinə görə səs verə bilərlər. Seçkiçilər Kollegiyası ondan ötrü düşünülüb ki, əhalisi sıx olan Nyu-York, Kaliforniya və ya Texas kimi ştatlar bütün ölkənin əvəzindən seçkilərin nəticəsini həll edə bilməsinlər, çünki əks halda əhalisinin sayı az olan Montana, Vayominq və ya Şimali Dakota kimi ştatların seçicilərinin səslərinə etinasızlıq göstərilmiş olardı. Amerikada tətbiq edilən bu cür seçki formatı əhalinin əksəriyyəti tərəfindən azlığa münasibətdə “tiranlığın” qarşısını almağa yönəlib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info