Şəkinin ucqar kəndinin sakinlərinə bayram hədiyyəsi
Tarix: 21.12.2016 | Saat: 16:10:00 | E-mail | Çapa göndər


Şəkinin ucqar yaşayış məntəqələrindən olan Qayabaşı kəndinə dekabrın 21-də uzun illər fasilədən sonra təbii qaz verilib.
AZƏRTAC xəbər verir ki, 385 abonenti olan kəndin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında 2 min 217 metr uzunluğunda polietilen və 28 min 606 metr uzunluqda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edənlər Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində son illər paytaxtla yanaşı, regionlarda da əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində davamlı tədbirlərin həyata keçirildiyini bildiriblər. Vurğulanıb ki, rayonun ucqar yaşayış məntəqələrindən olan və Şəki şəhərindən 65 kilometr məsafədə yerləşən Qayabaşı kəndinə yenidən təbii qazın verilməsi dövlətimizin başçısının regionların sosial-iqtisadi inkişafına göstərdiyi qayğıya bariz nümunədir.
Diqqətə çatdırılıb ki, hazırda rayonun 40-a yaxın yaşayış məntəqəsinin əhalisi təbii qazdan istifadə edir. Eyni zamanda, daha 4 kəndin – Şəkikənd, Kiçik Dəhnə, Baş Göynük və Baş Layısqı kəndlərinin qazlaşdırılması istiqamətində işlər davam etdirilir. Tezliklə bu kəndlərə də ardıcıllıqla təbii qazın verilməsi təmin olunacaq.
Kənd sakinləri əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirib, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində kəndə “mavi yanacağ”ın verilməsinin onlar üçün bayram hədiyyəsi olduğunu deyiblər.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
Ölkə ərazisində hava şəraiti dəyişəcək, yağış və qar yağacaq
15.02.2019
“Strateji Menecment Məktəbi” layihəsinin təlimləri başa çatıb
15.02.2019
Neftçalakı günərzi qayğı mərkəzində uşaqlara reabilitasiya yönümlü sosial xidmətlər göstərilir
15.02.2019
Aldığınız məhsulu barkod ilə necə yoxlaya bilərsiz?
15.02.2019
Gədəbəy Rayon İcra Hakimiyyəti öz “asan xidmət”ini yaratdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info