“Azəravtoyol“ mükafatlandırıldı
Tarix: 21.12.2016 | Saat: 16:26:00 | E-mail | Çapa göndər


"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti (ASC) mükafatlandırılıb.
Bu barədə "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib: "2016-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, həmçinin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqram”larına uyğun olaraq yol infrastrukturunun yenilənməsi istiqamətində mühüm layihələr reallaşdırılmaqla, “Azəravtoyol” ASC ümumilikdə 200 km-ə yaxın magistral avtomobil yollarını 1-ci texniki dərəcəyə uyğun yenidən qurub, 600 km-dən artıq 30 kənd, qəsəbə və rayonlararası yolları təmir və bərpa etməklə 220 kənd və qəsəbədə, həmçinin 13 rayon mərkəzində yaşayan 1 mln-a yaxın vətəndaşın rahat və təhlükəsiz hərəkətini təmin edib.
Yolların yenidən qurulması sərnişin və yük daşımasının artımına, ən əsası isə həmin ərazilərdə insanların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən turizm və kənd təsərrüfatının inkişafına gətirib çıxarıb” – deyə ASC rəsmisi qeyd edib.
O, bildirib ki, ASC 2016-cı il ölkədə yol infrastrukturun yenidən qurulması və inkişafına verdiyi töhfələrə görə "Uğur" Milli Mükafatına layiq görülüb.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.02.2020
“AzerGold” son üç ildə qızıl və gümüş satışından 400 milyon manat cəlb edib
24.02.2020
Xaçmazda Biznes İnkubasiya Mərkəzi fəaliyyətə başladı
24.02.2020
AMB dövriyyəyə qızıl yubiley və xatirə pul nişanları buraxıb
24.02.2020
Azərbaycan nefti həftə ərzində 1,45% bahalaşıb
24.02.2020
“Brent“ markalı neftin qiyməti 57 dollardan aşağı düşüb

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 “Bu ilin “Könüllü ili” elan olunması gənclərin inkişafı üçün böyük təkandır”
4 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb
5 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info