Tələbələrimizə Çin və Estoniyada təhsil imkanı yaradılıb
Tarix: 05.04.2013 | Saat: 00:35:00 | E-mail | Çapa göndər


Azərbaycanla Çin Xalq Respublikası Təhsil nazirlikləri arasında imzalanmış sazişə uyğun olaraq Çin Azərbaycan tələbələri üçün təqaüd proqramı elan edib. Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, təqaüd proqramına qəbul bakalavr, magistratura və doktorantura səviyyələrində respublikada daha çox ehtiyac duyulan ixtisaslara uyğun olaraq bəzi universitetlər üzrə həyata keçirilir. Təhsil Çin dilindədir. Təqaüdə layiq görülmüş tələbələr 1 il Çin dilindən hazırlıq kursu keçməlidir. Müsabiqədə iştirak etmək istəyən Azərbaycan vətəndaşları 12 aprel tarixinə kimi sənədlərini Təhsil Nazirliyinə təqdim etməlidir.
Azərbaycan və Estoniyanın təhsil nazirlikləri arasında mövcud sazişə uyğun olaraq Estoniya hökuməti də Azərbaycan tələbələri üçün təqaüd proqramı elan edib. Yol xərcləri tələbələr tərəfindən, təhsil haqqı və Estoniyada yaşama xərcləri isə dəvət edən tərəfdən ödənilir. Proqramda iştirak şərtlərinə cavab verən və seçdikləri universitetdən dəvət məktubu almış namizədlər 15 aprel tarixindən gec olmayaraq Təhsil Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinə müraciət etməlidir.




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Özünüməşğulluq proqramına cəlb edilənlərin “Məşğulluq” altsistemində ayrıca kabineti olacaq
19.02.2019
İş vaxtı ərzində işçi digər peşə üzrə əmək funksiyasını da icra edərsə, onun əmək haqqına əlavə ödənilməlidir
19.02.2019
Beyləqanın Əhmədli və Gödəklər kəndlərində modul tipli məktəb binaları istifadəyə verilib
19.02.2019
Əmək və əhalinin sosial müdafiəsi nazirinin yeni müavini təyin olunub
19.02.2019
Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüş olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info