Bu il aspirant və doktorantların sayı 2 dəfədən çox artıb 
Tarix: 21.12.2016 | Saat: 17:15:00 | E-mail | Çapa göndər


Azərbaycanda təhsil alan doktorant və aspirantların sayı açıqlanıb. Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağı və Təhsil Nazirliyinin kollegiyasının birgə elmi sessiyasında bildirib ki, 1990-cı illə müqayisədə bu il aspirant və doktorantların sayı 2 dəfədən çox artaraq 2875 nəfərə çatıb. Onun sözlərinə görə, hazırda Azərbaycanın müxtəlif elmi müəssisələrində 33 min şəxs elmi tədqiqatlarla məşğul olur. M.Cabbarov qeyd edib ki, universitetlər gənclərin elmi-tədqiqatlarla məşğul olmasına, xarici dil öyrənməsinə imkan yaratmalıdır.  
Nazir ötən dövr ərzində ali məktəblərin sayının artdığını da qeyd edib: “Əvvəl universitetlərin sayı 17 idisə, indi onların sayı 51-dir. Ali məktəblərə qəbul olanların sayı da 2016-cı ildə 1990-cı ilə nisbətən 2 dəfəyə yaxın artıb. Gələcəkdə ali təhsil alan tələbələrin sayının daha da artacağını güman edirik. Azərbaycanda milli ali təhsil sisteminin inkişaf etdirilməsi qarşıda duran əsas məsələlərdəndir”.
Təhsil naziri son 3 ildə ümumi təhsilin keyfiyyət göstəricilərində yüksəliş əldə olunduğunu qeyd edib. Onun sözlərinə görə, bu, ali məktəblərə qəbulun göstəricilərinə də təsir edib və son 3 ildə 500-dən çox bal toplayan abituriyentlərin sayı 19 faiz, 600-dən çox bal toplayan abituriyentlərin sayı 32 faiz artıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info