Ceyhun Hacıbəyli Azərbaycan jurnalistikasını beynəlxalq aləmdə təmsil edən ilk publisistlərdəndir
Tarix: 21.12.2016 | Saat: 17:18:00 | E-mail | Çapa göndər


Azərbaycan Dillər Universitetində (ADU) jurnalist, ictimai xadim Ceyhun Hacıbəylinin 125 illik yubileyinə həsr olunan “Azərbaycanın Parisdə döyünən ürəyi” mövzusunda tədbir keçirilib.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə müxtəlif sahələrdə özünəməxsus dəsti-xətti ilə irs yaradan dahi şəxsiyyət C.Hacıbəylinin həyat və yaradıcılığı haqqında məlumat verilib, tələbələrin ifasında onun fransız dilinə tərcümə etdiyi “Arşın mal alan” operasından səhnəcik göstərilib.
Sonra “Ədədi ezamiyyət” və “Durun gedək evimizə” sənədli filmlərindən C.Hacıbəyli ilə bağlı fraqmentlər nümayiş etdirilib.
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, Milli Məclisin deputatı Cavanşir Feyziyev və Bakı Media Mərkəzinin redaktoru Müsəllim Həsənov, Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru, Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov, fransızdilli “Le Carrefour” qəzetinin baş redaktoru Zeynab Kazımova və başqaları C.Hacıbəylinin ictimai fəaliyyətindən danışıb, onun jurnalist, publisist, tərcüməçi kimi tanındığını, gənc yaşlarında “Azərbaycan” qəzetinin redaktoru olduğunu xatırladıblar. Müstəqil Azərbaycan dövlətinin yaranmasının C.Hacıbəylinin ən böyük arzusu olduğunu diqqətə çatdıran natiqlər onun bu çətin, keşməkeşli yolda son nəfəsinədək mübarizə apardığını söyləyiblər. Diqqətə çatdırılıb ki, C.Hacıbəyli Azərbaycan jurnalistikasını beynəlxalq aləmdə təmsil edən ilk publisistlərdən olub.

Mahmud





 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018
Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək
14.11.2018
2018-ci ilin oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 47 min 985 müraciət qeydə alınıb
14.11.2018
Xəzərdə qəfəs tipli balıq təsərrüfatlarının yaradılması üçün qanunvericilikdə dəyişikliklər edilməlidir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info