IV Azərbaycan Beynəlxalq Sığorta Forumu keçiriləcək
Tarix: 05.04.2013 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı və Maliyyə Nazirliyinin dəstəyi ilə 20-21 iyun tarixlərində Bakıda IV Azərbaycan Beynəlxalq Sığorta Forumu keçiriləcək.
ASA-dan “Palitra” qəzetinə verilən məlumata görə, iki gün davam edəcək forumda "Qafqaz regionunun sığorta bazarının perspektivləri və yeni biznes istiqamətləri", "Qafqaz ölkələrinin sığorta bazarı üçün təkrar sığorta həlləri", "Kənd təsərrüfatı sığortası - dövlət tənzimləmələri və bazar reallıqları", "Tibbi sığorta - köhnə problemlərin yeni həlləri" və "Avtomobil sığortası" panelləri üzrə müxtəlif mövzularda müzakirələr aparılacaq.

Panellər həm yerli, həm də xarici ekspertlər tərəfindən idarə olunacaq.

Tədbirdə Qafqaz regionunun, həmçinin Türkiyə, Mərkəzi və Cənubi Asiya, Avropa, Rusiya və MDB-nin sığorta, təkrar sığorta və broker şirkətlərinin 250-dən çox yüksək struktur nümayəndələrinin iştirakı gözlənilir.
Qeyd edək ki, bu, Azərbaycan Sığortaçılar Assosiasiyasının Maliyyə Nazirliyinin dəstəyi ilə təşkil edəcəyi sayca dördüncü forumdur. 2008, 2011 və 2012-ci illərdə keçirilmiş forumlarda 20-dən artıq ölkədən ümumilikdə 500-dən çox nümayəndə iştirak edib. Forum iştirakçılar arasında interaktiv ünsiyyətə yönəlmiş platforma olaraq, ölkələr arasında sığorta sahəsindəki əməkdaşlığın möhkəmləndirilməsinə yönəlib.
ANAR




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Azərbaycanın dostlarının sayı artır
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info