“Səfiri öldürənin arxasında hansı güclərin dayandığını bilmirəm
Tarix: 21.12.2016 | Saat: 18:29:00 | E-mail | Çapa göndər




“Rusiya səfirinin Türkiyədə öldürülməsi hadisəsinin ABŞ-la əlaqələndirmə cəhdləri bizi narahat edir. Bu narahatlığımızı Türkiyə rəsmilərinə çatdırmışıq”.
 
DHA-nın verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi keçirdiyi mətbuat konfransında deyib. C. Kirbi ABŞ dövlət katibi Con Kerri və Türkiyə xarici işlər  naziri Mövlud Çavuşoğlunun bu məsələni telefonla müzakirə etdiyini bildirib. 
 
“Dövlət katibi Fətullah Gülən ABŞ-da yaşayır deyə, bu qorxunc sui-qəsddə ABŞ-ın gizli və ya aşkar şəkildə əlinin olmasına dair səslənən fikirlərlə bağlı narahatlığımızı Çavuşoğluna çatdırıb” – deyə, o əlavə edib.
 
Sözçü səfirin qətlinin ABŞ-la  əlaqələndirilməsini gülünc və cəfəng adlandırıb: “Hadisəni törədən şəxsin arxasında hansı güclərin dayandığını bilmirəm. Səfiri vurandan sonra rahat şəkildə danışdığını, qışqırdığını gördük. Təhqiqatçıların işlərini görməsinə imkan yaratmalıyıq ki, həqiqətin, dəlillərin nə olduğunu anlayaq”.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info