Ağsunun Padarqışlaq kəndinə təbii qaz verilib
Tarix: 21.12.2016 | Saat: 18:33:00 | E-mail | Çapa göndər


Ağsuda ən ucqar yaşayış məntəqələrindən olan, 1512 nəfər əhalinin yaşadığı Padarqışlaq kəndinə “mavi yanacaq” verilib. Rayon mərkəzindən 49 kilometr məsafədə yerləşən kəndin qazlaşdırılması üçün 21249 metr polad, 4968 metr polietilen borulardan istifadə olunub. Bütün evlər sayğaclaşdırılıb.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən rayon icra hakimiyyəti başçısının müavini İqbal Mikayılov qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə sakinləri təbrik edib, son illər respublikamızda, o cümlədən Ağsuda həyata keçirilən sosial layihələrdən danışıb.
İ.Mikayılov dövlətimizin başçısının tapşırığı ilə bütün yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən ardıcıl tədbirlərdən bəhs edərək bildirib ki, təkcə son iki ildə Ağsuda 26 yaşayış məntəqəsi qazlaşdırılıb. Bu da ümumi abonentlərin 96 faizini təşkil edir.
Sakinlər sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda rəmzi məşəl alovlandırılıb, kəndə təbii qaz verilib.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.03.2019
Abşeronlular Novruz bayramını əsgərlərlə bir yerdə qeyd ediblər
21.03.2019
Naxçıvanda yeni məscid inşa olunur
21.03.2019
Qarabağa şölə saçan Novruz tonqalları
20.03.2019
Əcnəbi tələbələr: Novruz bayramı Naxçıvanda daha möhtəşəm keçirilir
19.03.2019
Lənkəranda kimsəsiz uşaqlar üçün Novruz şənliyi təşkil edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info