Türkiyədə Azərbaycan multikulturalizmi fənninin tədrisinin monitorinqi aparılıb
Tarix: 21.12.2016 | Saat: 18:33:00 | E-mail | Çapa göndər


Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) təsis olunduğu vaxtdan bəri yerli və xarici universitetlərdə Azərbaycan multikulturalizminin tədrisi layihəsini həyata keçirir. Azərbaycan multikulturalizmi fənninin universitetlərdə aktuallığının və onun davamlılığının təmin edilməsi, fənni tədris edən müəllimlərin fərdi öhdəliklərinin yoxlanılması məqsədilə hər semestrin sonunda BBMM-in müəyyən etdiyi şəxslər tərəfindən monitorinqlər aparılır.
BBMM-in mətbuat xidmətindən bildiriblər ki, Türkiyənin Kayseridəki Ərciyəs Universitetində dekabrın 16-da Azərbaycan multikulturalizmi fənninin növbəti monitorinqini BBMM-in baş məsləhətçisi Sevinc Mürvətqızı aparıb. Monitorinq zamanı Sevinc Mürvətqızı Ərciyəs Universitetində Azərbaycan multikulturalizmi fənninin dinləyicilərinə ölkəmizdəki multikultural mühit, tolerant durum mövzusunda mühazirə oxuyub. Mühazirədə Azərbaycan multikulturalizmi fənnini sözügedən universitetdə tədris edən Qafar Mehdiyev və fənnin dinləyicisi olan tələbələr iştirak ediblər.
Sonda tələbələrin Azərbaycan multikulturalizmi modelinə, mədəniyyətinə, adət-ənənələrinə dair müxtəlif sualları cavablandırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib
11.11.2018
İranın xarici işlər nazirinin maraqlı “tviti”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info