“Avropa Rusiya ilə bağlı məsələdə ABŞ-a etibar etməyəcək”
Tarix: 22.12.2016 | Saat: 00:14:00 | E-mail | Çapa göndər


“Bloomberg”:
“Avropalıların 55 faizindən çoxu hesab edib ki, ABŞ Rusiyaya tətbiq edilən sanksiyaları və siyasətini yumşaldacaq”
“Avropa Birliyi Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların müddətini daha altı ay uzatsa da, çox ehtimal ki, bu, təşkilatın Rusiyaya sanksiya tətbiqi ilə bağlı sonuncu addımı olacaq”.
Bu fikirlər “Bloomberg”də yayılan məqalədə qeyd edilib. Agentlik yazır ki, sanksiyalara baxmayaraq, Rusiya mövqelərini möhkəmləndirib də bunun qarışılığında Avropa Birliyinin özü sanksiyalardan əziyyət çəkir. Ona görə də Avropanın özündə də bu məsələ ətrafında fərqli fikirlər səsləndirilir. Rusiyaya tətbiq edilən qadağaların yüngülləşdirilməsi çağırışı ilə çıxış edənlərdən biri də Fransanın sabiq baş naziri və hazırda ölkə prezidentliyinə əsas namizəd iddialı Fransua Fiyondur. O, Fransa ilə yanaşı, digər Avropa ölkələrinin də Rusiya ilə münasibətləri möhkəmləndirməsinin tərəfdarı kimi çıxış edir. “Bloomberg”in yazdığına görə, yeni seçilmiş ABŞ prezidenti Donald Trampın adının tez-tez Rusiya dövlət başçısı Vladimir Putinlə birgə hallanması Avropanın gələcəkdə bu məsələdə ABŞ-a o qədər də etibar etməyəcəyini göstərir. Agentlik hesab edir ki, Ukrayna problemi ilə bağlı heç bir müsbət dəyişiklik olmadığı üçün Rusiyaya tətbiq edilən qadağaların yumşalması üçün əsas yoxdur. Avropa Siyasəti Mərkəzinin analitiki Pol Ayvan deyib: “Qarşıdakı altı ay müddətində nələr baş verəcəyini indidən söyləmək çox çətindir. Çünki ABŞ-ın yeni administrasiyasının hansı mövqe nümayiş etdirəcəyi hələ də aydın deyil”. “Bloomberg” ABŞ- Rusiya münasibətləri ilə bağlı sorğu da keçirib. Sorğu iştirakçılarının təqribən 55 faizdən çoxu hesab edib ki, ABŞ Rusiyaya tətbiq edilən sanksiyaları və ümumiyyətlə, siyasətini yumşaldacaq. Bu, Donald Trampın gözlənilməz qələbəsi ilə əlaqələndirilir. Bir çox analitiklər hesab edir ki, Avropa Birliyi bu halda sanksiya rejimini davam etdirmək üçün konsensus əldə etməlidir. Xatırladaq ki, ABŞ və Avropa Birliyi Ukrayna böhranı ilə bağlı 2014-cü ilin yazından Rusiyaya sanksiya tətbiq edir. Rusiya da bu qadağalara cavab verərək ABŞ və Avropanın bir çox məhsuluna embarqo qoyub.
Ağasəf Babayev





 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Astana şəhərinin yeni adı Nur-Sultan oldu
22.03.2019
Ermənistanda qazın qiyməti artacaq
21.03.2019
“Ermənistan hakimiyyəti Qarabağ danışıqlarına hazır deyil“
20.03.2019
Dariqa Nazarbayeva Qazaxıstan parlamenti Senatının sədri seçilib
19.03.2019
Ermənistan Azərbaycanla azaraq sərhədi keçmiş vətəndaşların mübadiləsinə hazırdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info