“Azərbaycandakı tolerant mühiti yüksək qiymətləndiririk”
Tarix: 05.04.2013 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


Elşad İskəndərov Kanada İcmalar Palatası sədrinin müavinini qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov 05 aprel 2013-cü il tarixində ölkəmizdə səfərdə olan Kanada İcmalar Palatasının sədrinin müavini, Kanada-Azərbaycan dostluq qrupunun sədri Barri Devolinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Dövlət Komitəsindən “Palitra”ya məlumat verilib.
Görüşdə Azərbaycanda mövcud tolerantlıq mühiti, dinlərarası münasibətlər ətrafında fikir mübadiləsi aparılıb. Dövlət Komitəsinin sədri Elşad İskəndərov Kanada ilə Azərbaycan arasında mövcud olan dostluq münasibətlərinin hazırkı durumundan məmnunluğunu ifadə edib. Dövlət Komitəsinin sədri Kanadanın beynəlxalq platformada Azərbaycanın haqlı mövqeyinə, ölkəmizin ərazi bütövlüyünə verdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Daha sonra E. İskəndərov Azərbaycanda dövlət-din münasibətləri, DQİDK-nın son dövrlərdə gördüyü işlər, dini maarifləndirmə sahəsində yeni təşəbbüslər, dövlətimizin milli-mənəvi və dini-tarixi dəyərlərin qorunması, inkişaf etdirilməsi istiqamətində dəstəyi barədə ətraflı məlumat verib.
Öz növbəsində qonaqlar qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürlərini bildirmiş, Azərbaycana səfərdən məmnunluqlarını ifadə ediblər. Kanada-Azərbaycan dostluq qrupunun sədri Barri Devolin Azərbaycandakı mövcud tolerant mühit barədə məlumatlı olduğunu bildirib və bunu yüksək qiymətləndirdiklərini deyib.
İLKIN




 
Bölməyə aid digər xəbərlər
16.06.2019
Sabah Azərbaycanda 38 dərəcəyə qədər isti olacaq
16.06.2019
Ağdamda şəhid Səyyaf Məmmədovun xatirəsi anılıb
15.06.2019
15 iyun - Müstəqilliyimizi şərəfləndirən şanlı tarix
15.06.2019
Birinci vitse-prezident Mehriban Əliyeva: Əsas hədəfimiz, savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir
15.06.2019
“Azərxalça”nın filiallarında Milli Qurtuluş Günü qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info