Təqsirləndirilənlərin prosesdə iştirakı barədə vəsatət təmin edilməyib
Tarix: 22.12.2016 | Saat: 00:42:00 | E-mail | Çapa göndər


Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə vəkillər təqsirləndirilən şəxslərin zala gətirilmələri barədə vəsatət veriblər. Lakin vəsatət təmin edilməyib. Daha sonra iclasda DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı İbrahim Kazımov ifadə verib. O, Rasim Cəbrayılovu saxladığını təsdiq edib. Vəkil Zibeydə Sadıqova R. Cəbrayılovla İ. Kazımov arasında çarpaz dindirmə keçirmək istəyib. Buna görə R. Cəbrayılov zala gətirilib və onlar arasında çarpaz dindirmə keçirilib. İ. Kazımov onu saxladığını deyib. R. Cəbrayılov isə onu saxlayan adamın İ. Kazımov olmadığını bildirib. Fasilədən sonra davam etdirilən prosesdə vəkillər növbəti dəfə təqsirləndirilənlərin iclasda iştiraklarının təmin edilməsi, hal şahidlərinin və ekspertlərin dindirilməsi barədə vəsatətlər veriblər. Məhkəmə vəsatətləri təmin etməyib. İclasda cinayət işində olan bir sıra sənədlər elan edilib. Proses dekabrın 23-də davam edəcək.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info