“İran elan etdiyi prinsipləri özü pozur”
Tarix: 22.12.2016 | Saat: 00:45:00 | E-mail | Çapa göndər


“İslam həmrəyliyi” anlayışı İran prezidentinin Ermənistana səfəri ilə özünü doğrultmadığını göstərir”.
Bu fikri Azadinform-a açıqlamasında “Atlas Araşdırmalar Mərkəzi”nin sədri, politoloq Elxan Şahinoğlu deyib. O qeyd edib ki, İran özü elan etdiyi prinsipləri özü pozur: “Çünki Ermənistan müsəlman ölkəsinin torpaqlarını işğal edib, məscidləri dağıdıb. Əgər İran elan etdiyi “İslam həmrəyliyi” siyasətindən çıxış etsəydi, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı kimi gərək Ermənistan ilə, heç bir əlaqəsi olmayaydı. Həmçinin diplomatik münasibətləri də olmamalı idi. Amma bunun əksi olaraq görürük ki, İran Ermənistan ilə çox sıx əlaqələr qurur, qarşılıqlı səfərlər həyata keçirir. Deməli, o prinsip hazırda İran siyasəti tərəfindən işlənilmir”.
Politoloq bildirib ki, Ruhaninin Ermənistana səfəri çərçivəsində, yəqin ki, bir neçə sənədlər imzalanacaq: “Əslində isə reallıqda Ermənistan ilə əməkdaşlıq iqtisadi zəmində İrana heç bir dividend gətirmir. Çünki Ermənistan kasıb ölkədir, amma Azərbaycanın imkanları var və müxtəlif layihələr ilə İranla əməkdaşlıq edir. Hətta Azərbaycan ona qədər gedib ki, İran əyalətində çəkiləcək dəmir yolu xəttinə də maliyyə ayırmağa, kredit verməyə hazırdır. Ermənistanın isə belə bir imkanları yoxdur. Onda belə bir sual ortaya çıxır ki, nədən Ermənistana bu cür əhəmiyyət verirlər. Siyasi səbəblərdən, yəni bunu gizlədə də bilmirlər”.
Onun sözlərinə görə, Ermənistan ilə əməkdaşlıq onlara ona görə lazımdır ki, Azərbaycanın güclənməsinin bu yolla qarşısını alsınlar: “Çünki İranın Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı kimi Ermənistan ilə əlaqəsi, diplomatik münasibəti olmasaydı, Ermənistan indikindən daha da çox zəifləmişdi. Və bilmək olmazdı bunun Qarabağ münaqişəsinin həllinə necə təsiri olacaqdı. Bütün bunlar baş verməsin deyə, İran Ermənistana dəstək verir. Bu dəstəyin əlaməti kimi də biz bu gün İran prezidentinin Ermənistana səfərini müşahidə edirik və imzalanacaq sənədlər də bu siyasətdən xəbər verir”.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info