“Türk axını” qaz boru kəmərinin icrasına 7 milyard avro investisiya qoyulacaq
Tarix: 22.12.2016 | Saat: 15:45:00 | E-mail | Çapa göndər


“Türk axını” (Turkish Stream) qaz boru kəməri həyata keçirilməsi üçün 7 milyard avro investisiya qoyulacaq.
AZƏRTAC Rusiya Dövlət Dumasının saytına istinadla xəbər verir ki, iki boru kəmərindən ibarət “Türk axını” layihəsinin reallaşdırılması üçün lazım olan investisiya daha əvvəl “Cənub axını” layihəsi çərçivəsində həyata keçirilən xərclər də daxil olmaqla təxminən 7 milyard avro olacaq. Boru kəmərinin sualtı hissəsinin dizaynı, tikintisi və işlənməsi Rusiya tərəfindən həyata keçiriləcək. İlk boru kəmərinin quru hissəsinin inşasını Türkiyə tərəfi icra edəcək. Qaz tranziti üçün olan quru hissəsi üzrə işləri isə tərəflər yarı-yarıya həyata keçirəcək.
“Türk axını”nın Türkiyənin daxili tələbatı üçün istifadə ediləcək olan ilk kəmərinin Rusiya büdcəsinə ildə təxminən 750 milyon dollar gəlir gətirəcək. Digər ölkələrə qaz nəqli üçün istifadə ediləcək ikinci boru kəmərindən əldə ediləcək gəlirlərlə isə başqa xərclərin ödənilməsi gözlənilir.
Qeyd edək ki, dekabrın 16-da Rusiya hökuməti “Türk axını” qaz boru kəməri üzrə müqavilənin təsdiq olunması barədə qanun layihəsini qəbul edib. “Türk axını” müqaviləsinin qəbul olunması üzrə qanun layihəsinin təsdiq edilərək Dövlət Dumasına göndərilməsinə qərar verilib. Rusiya Dövlət Dumasının “Türk axını” qaz boru kəməri ilə bağlı sazişi gələn ilin yanvarında ratifikasiya etməsi nəzərdə tutulur.
Dekabrın 6-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya təbii qazını Qara dənizi keçməklə Türkiyəyə çatdıracaq “Türk axını” qaz boru kəməri layihəsi üzrə iki ölkə arasında imzalanan hökumətlərarası sazişi ratifikasiya edib.
“Türk axını” ilə Rusiya təbii qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulur. Kəmərlə ümumilikdə 31,5 milyard kubmetr qazın Avropanın, qalan hissəsinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılır. Layihə üzrə iki boru kəmərinin tikilməsi nəzərdə tutulur.


Mahmud





 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10125

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info