Bakı şəhərinin Baş Planının ictimai müzakirəsi keçirilib
Tarix: 22.12.2016 | Saat: 15:53:00 | E-mail | Çapa göndər


Dekabrın 22-də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanmış Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planının (Baş Planının) ictimai müzakirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov layihə barədə məlumat verib. O bildirib ki, bu layihə Azərbaycan hökumətinin və Dünya Bankının maliyyə dəstəyi ilə hazırlanmış Böyük Bakının Regional İnkişaf Planının davamıdır və Bakı şəhərinin bütün inzibati ərazisini əhatə edən 1:10000 miqyasında hazırlanmış planlaşdırma sənədidir. İnstitut tərəfindən layihə ötən ay komitəyə təhvil verilib, müvafiq nazirliklərə, dövlət qurumlarına rəy alınması üçün təqdim edilib və artıq əksər qurumlar tərəfindən rəylər, təkliflər alınıb.
A.Ələsgərovun sözlərinə görə, müzakirəyə təqdim olunan layihə Bakı şəhərinin gələcək ərazi inkişafının əsas inkişaf istiqamətlərini müəyyən edən strateji əhəmiyyətli planlaşdırma layihəsidir. Burada Bakı şəhərinin və onun bütün ətraf qəsəbələrinin ərazidən istifadə və zonalaşdırma planları hazırlanıb, sosial-iqtisadi, ətraf mühit, mühəndis və nəqliyyat infrastrukturu üzrə 2035-ci ilədək olan əsas perspektivlər müəyyən edilib.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info