“Gənclərimiz bütün səviyyələrdə Azərbaycanı təmsil etməyə qadirdir”
Tarix: 22.12.2016 | Saat: 18:59:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fəaliyyətinin 5 illiyinə həsr edilmiş tədbir keçirilib.
 
Tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, millət vəkilləri, gənclər təşkilatlarının rəhbərləri iştirak ediblər.
 
Tədbirdə çıxış edən Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev deyib ki, fəaliyyətə başladığı vaxtdan bu günə qədər Gənclər Fonduna 7098  layihə daxil olub, onlardan 3341-i dəstəklənib. Ümumilikdə 3341 layihədən 963-ü yerli layihə, 94-ü beynəlxalq layihə, 2284-ü isə fiziki şəxslər tərəfindən həyata keçirilən layihədir. Bundan əlavə, 5 il ərzində Gənclər Fondu tərəfindən beynəlxalq tədbirlərdə iştirak qrantları çərçivəsində 269 nəfər xaricə səfər edib.
 
A. Rəhimov isə bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasətinin dünyada model, nümunə siyasət kimi qəbul olunduğunu nəzərə çatdırıb.
 
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Ə. Həsənov bildirib ki, gənclər siyasətinin həyata keçirilməsində Gənclər Fondu mühüm rol oynayıb: "1992-ci 1993-cü illərdə dövlətçiliyə qarşı yönələn ambisiyalı qüvvələr gənclərdən istifadə edirdilər. Gəncləri ayrı-ayrı düşərgələrə bölərək onların enerjisindən istifadə edirdilər. Ona görə də Heydər Əliyev ilk növbədə gənclərə xüsusi diqqət ayırdı. 1993-cü ildə yenidən hakimiyyətə qayıdandan sonra Heydər Əliyev bir neçə taleyüklü məsələ sırasına gənclər siyasətini də daxil etdi. 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradıldı".
 
Ə. Həsənov bildirib ki, Gənclər Fondunun xətti ilə 19 milyon manat, Gənclər və İdman Nazirliyinin xətti ilə gənclər siyasəti ilə bağlı beşqat çox vəsait xərclənib: "Yaşlı nəslin təcrübəsi ilə gəncliyin enerjisi birləşdiriləndə, daha yaxşı nəticə əldə olunur. Gənclər ilk növbədə fiziki cəhətdən sağlam olmalıdır. Ona görə də nazirliyin xətti ilə çoxlu sayda idman kompleksləri tikilib. Heydər Əliyev və bu siyasi kursun layiqli davamçısı olan Prezident İlham Əliyev gənclərin vətənpərvər ruhda böyüməsini vacib olduğunu bəyan edib. Eyni zamanda gənclərin sağlam, intellektli olması qarşıya qoyulan vəzifələrdən biri idi. Bu gün Azərbaycan gəncliyi fərqlidir. Xarici şirkətlərdə, diplomatlar sırasında bacarıqlı gənclərimiz var. Dövlət orqanlarında, parlamentdə qabiliyyətli gənclərimiz var. Gənclərimiz bütün səviyyələrdə Azərbaycanı təmsil etməyə qadirdir. Gənclər siyasətinin nəticələri göz qabağındadır. Azərbaycan gəncləri bu gün həm də idman sahəsində böyük uğurlar qazanır, ilk onluqda, iyirmilikdə qərarlaşıb. Bu da gənclər və idman siyasətinin uğurunu göstərir".
 
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, fəal gənclər çıxış edərək Gənclər Fonduna fəaliyyətində uğurlar arzulayıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20.03.2019
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur
20.03.2019
Gənclər Aprel şəhidlərinin ailələrini ziyarət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info