Dini radikalizm və terrorçuluğa qarşı vətəndaş təşəbbüskarlığı
Tarix: 22.12.2016 | Saat: 20:23:00 | E-mail | Çapa göndər


Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyi (DANİB) Lənkəranda Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə "Təhlükəsizliyi təhdid edən əsas amillər: Dini radikalizm və terrora qarşı maarifləndirmə işinin təşkili" mövzusunda konfrans keçirib. DANİB sədri Elməddin Behbud dini radikalizmə qarşı bütün istiqamətlərdə mübarizə aparılmasının, bu sahədə vətəndaş təşəbbüskarlığının artırılmasının zəruri olduğunu deyib. Elməddin Behbud xüsusi ilə qlobal təhlükəsizliyin əsas təhdid vasitələrindən birinə çevrilmiş dini radikalizmin və terrorçuluğun aradan qaldırılması və yayılmasının qarşısının alınması üçün səmavi dinlərin mahiyyətinin həqiqi şəkildə təbliğinə, maarifləndirmə işinin davamlı şəkildə aparılmasına hər zaman ehtiyac olduğunu bildirib.
MEA-nın Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Müşviq Şükürov, Lənkəran şəhər İcra Hakimiyyətinin ictimai-siyasivə humanitar məsələlər şöbəsinin müdir müavini Aydın Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbə müdiri Qağayi Məmmədov, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin cənub bölgəsi üzrə nümayəndəliyinin əməkdaşı Samid Quliyev çıxış edərək qlobal çağrışlara adekvat cavab vermək, milli maraqlarımızı qətiyyətlə qorumaq, ölkəmizdə sabitliyə təhlükə yarada biləcək bütün amillərə qarşı səmərəli mübarizə aparmaq üçün dövlət və vətəndaş cəmiyyəti institutlarının yaxından əməkdaşlığının vacib olduğunu vurğulayıblar. Çıxışçılar Azərbaycanın milli və dini palitrasının əsrlərdir sülh və bərabərhüquqluluq şəraitində yaşadığını və dünyada tolerantlıq nümunəsi kimi tanındığını və milli dəyərləri qoruyub saxlamağın vacib olduğunu vurğulayıblar.

Fuad





 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info