ADPU-da doktoranturaya və dissertanturaya qəbul imtahanı keçirilir
Tarix: 22.12.2016 | Saat: 20:31:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2016-cı il üçün 20-yə qədər ixtisas üzrə fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya 22 yer, dissertanturaya 19 yer, elmlər doktoru hazırlığı üzrə isə dissertanturaya 10 yer ayrılıb. Qeyd edək ki, ADPU-nun rektoru, professor Cəfər Cəfərovun müvafiq əmri ilə universitetdə imtahan və müsahibə prosesinin həyata keçirilməsi üçün nüfuzlu professorların təmsil olunduğu 14 nəfərdən ibarət Sənəd Qəbulu Komissiyası (SQK) yaradılıb. SQK-ya 82 nəfər sənəd təqdim edib. SQK-nın qərarına əsasən 70 nəfər imtahanlara və müsahibəyə buraxılıb. Məlumat üçün bildirək ki, dekabr ayının 22-dən başlanan imtahan və müsahibə prosesinin yanvar ayının 12-də başa çatması nəzərdə tutulur. Dekabr 22-də ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Elmi işlər üzrə prorektor, professor Asəf Zamanov auditoriyalarda olaraq imtahan və müsahibənin gedişini müşahidə ediblər. İddiaçılar sənəd qəbulunun, eləcə də imtahan və müsahibənin şəffaf və obyektiv təşkil edilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür ediblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info